AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil sənətkarları Azərbaycan respublikasında çıxış edəcəklər.

Ərdəbil əyaləti irşad və mədəniyyət baş idarəsinin direktoru demişdir: Ərdəbil sənətkarları Azərbaycan respublikasından bu ölkədə çıxış etmək üçün dəvət almışdır. Lazımi araşdırmalar aparıldıqdan sonra bu proqramları həyata keçirmək üçün zəmin yaranacaqdır.

Qafqaz mədəniyyət mərkəzi təsnimdən nəqlən xəbər vermişdir ki, Nasir İshaqi bu gün günortadan qabaq Ərdəbil əyaləti xaricdə yaşayan iranlıların ali şorasının informasiya və mədəni komitəsinin iclasında bildirmişdir: Ərdəbil sənətkarları Azərbaycan respublikasından bu ölkədə çıxış etmək üçün dəvət almışdır ki, lazımi araşdırmalardan və müsbət nəticə aldıqdan sonra o ölkədə teatr proqramlarını həyata keçirmək üçün zəmin yaradılacaqdır.

O, bundan qabaqlar da Ərdəbil sənətkarlarının xarici ölkələrdə təşkil edilmiş müxtəlif festivallarda analoji proqramlar icra etdiklərinə işarə edərək demişdir: sənətkarlığın müxtəlif sahələrində iştirak etmək Ərdəbil əyalətinin qarşıdakı sənət və mədəniyyət proqramlarındandır və bu il həyata keçirilmələri nəzərdə tutulmuşdur.

İsahqi İranla Azərbaycan respublikası arasında iki ölkənin şair və musiqi qruplarının iştirakı ilə dostluq simfoniyasının istehsal ediləcəyini bildirmiş və demişdir: həmin simfoniyanın yaradılmasında İranın məşhur şair və musiqiçiləri, ustad Şahi və Fərhad Fəxrəddini, habelə Azərbaycan respublikası milli konservatoriyasının rəhbəri və digər şair və musiqiçilərindən istifadə olunacaqdır.

Ərdəbil əyaləti irşad və mədəniyyət baş idarəsinin direktoru İranla Azərbaycan respublikası arasındakı ortaq cəhətlərə işarə edərək bildirmişdir: bu sinfoniya iki ölkə arasında dostluq və yaxınlıq və əlaqələri gücləndirmək üçündür ki, lazımi tədbirlər görülmüşdür və gələn bir ay ərzində İranda Azəri sənətkarları ilə birgə iclas keçirilərək və lazımi uyğynluqlar yerinə yetiriləcəkdir. O, müzakirələrdən sonra müxtəlif ölkələrin İranla əlaqələrin inkişafına meyl göstərmələrinə işarə edərək açıqlamışdır: İran islam respublikası da belə əlaqələrin yaranmasını alqşlayır və bu istiqamətdə xaricdə yaşayan iranlıların da potensialları nəzərə alınmalı və regionun müxtəlif iqtisadi və mədəni sahələrin inkişafı üçün həmin potensial kapitallardan istifadə etməliyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button