ArxivXəbər lentiXəbərlər

Gürcüstanda azərbaycanlılara məxsus qəbirstanlıqda atışma olub, yaralananlar var

Gürcüstanın Rustavi şəhərində azərbaycanlılara məxsus qəbirstanlıq ərazisində atışma olub.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, atışma nəticəsində 19, 20 və 24 yaşlarında olan üç gənc yaralanıb.
Onlardan biri qarın, digər ikisi isə ayaq nahiyələrindən güllə yarası alıblar.
Gənclərin qohumları bildiriblər ki, atışmaya naməlum şəxslərin qəbirstanlıqda narkotik vasitələr satması səbəb olub.
Azərbaycanlıların sıx yaşadığı Qaçiani kəndinin sakinləri artıq bir neçə gündür, naməlum şəxslərin qəbirstanlıqda narkotik satmasına etiraz edirlər. Onların etirazı naməlum şəxslərlə mübahisəyə, daha sonra isə qarşıdurmaya səbəb olub.
Yaralılar Rustavi Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti sabit qiymətləndirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Daştəpə kəndinin mollası Eldəniz Sadıqov döyülüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button