Azərbaycan ABŞ-ın strateji partnyoru olaraq qalır və biz təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin 20 il müddətində inkişafından qürur duyuruq.
bu sözləri Bakıda səfərdə olan ABŞ-ın Rusiya, Ukrayna və Avrasiya üzrə müavini Evelina N.Farkas mətbuat konfransında deyib. Farkas bildirib ki, Azərbaycan 11 sentyabr teraktından sonra ABŞ-a dəstək verən ilk ölkədir: “ABŞ bunu heç zaman unutmayacaq”. Farkas həmçinin ABŞ və Azərbaycanın Əfqanıstanın təhlükəsizliyi məsələsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb. ABŞ-ın regiondakı konfliktlərin həll olunmamasından dərin narahatlıq keçirdiyini bildirən nazir müavini bütün konfliktlərin bir oxşarlığı olduğunu xatırladıb: “Suriya konflikti və qaçqın kütləsinin yaranması bizi insanlıq naminə daha ardıcıl işləməyə vadar edir” – See more at: http://axar.az/news/65309#sthash.qSbfD3zN.dpuf