ArxivXəbər lentiXəbərlər

DQDK sədri İranın Qum şəhərində azərbaycalı tələbələrin təhsil aldıqları universitetdə olub (FOTO )

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İrana səfəri çərçivəsində Qum şəhərində azərbaycanlı tələbələrin dini təhsil aldıqları əl-Mustafa Beynəlxalq Universitetinin rəhbəri ayətullah Ərafi ilə görüşüb. SalamNews-un Universitetin rəsmi saytına istinadla verdiyi xəbərə görə, tərəflər iki ölkənin müxtəlif sahələrdəki əlaqələrini, xüsusilə də dini sahədəki münasibətlərini, bu əlaqələrin inkişaf yolunu, eləcə də bölgədə islam adı altında mövcud olan ifratçı və radikal cərəyanlara qarşı mübarizəni müzakirə ediblər. Görüş zamanı M.Qurbanlı əl-Mustafa Beynəlxalq Universitetinin rəhbərliyinə İrana dini təhsil almağa getmiş tələbələrin vəziyyəti və şəraiti ilə bağlı bir sıra təkliflər verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button