ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gəncədə də Qızılca can aldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir ki, qız 20 gün öncə qızılcaya yoluxub. Ölüm səbəbi kimi tənəffüs çatışmazlığı göstərilib.

İki gün öncə də Lənkəranda 5 yaşlı uşaq qızılcadan həyatını itirmişdi. Ondan öncə də Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən ilin 11 ayı ərzində Azərbaycanda 1 493 nəfər qızılcaya yoluxub.

Qızılcadan ölənlərin sayı barədə rəsmi statistika təqdim olunmasa da jurnalist araşdırmaları göstərir ki, ötən milad ilinin axırlarından başlayaraq Azərbaycan Respublikasında uşaqlar arasında yayılan qızılca xəstəliyindən ölən uşaqların sayı 14-u keçib. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, “Azərbaycanın bəzi bölgələrində qızılca virusuna yoluxma halları qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınır”. Bu müvafiq dövlət qurumlarının səhlənkarlığındanda irəli gələ bilər ancaq deyilənlərə görə Uşaqların qızılcaya qarşı peyvənd olunmamalarında ailələr təqsirkardır. Güya bəzi valideynlər buna müqavimət göstərirlər.

Qızılca xəstəliyinin əlacı yoxdur ona görə də uşaqların peyvənd edilməsi böyük əhəmiyyətə malikdir.

Həmçinin qızılcanın müşahidə olunduğu ərazilərdə fövqəladə hal olaraq digər uşaqlar və şəxslər təkrar peyvənd edilməlidir.

Azərbaycan Respublikasında qızılcadan tələfatların qeydə alındığı rayonlarda təcili və genişmiqyaslı peyvən əməliyyatlarının həyata keçirilməsi barədə heç bir məlumat yoxdur. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button