ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası zəvvarları ərbəin piyada yürüşünü rəğbətlə qarşılayıblar

Azərbaycan Respublikası zəvvarları bu il dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın məqbərəsinin ziyarəti və Hüseyn(ə) ərbəini üzrə İraqın Kərbəla şəhərinə doğru xüsusi piyada yürüşündə daha geniş iştiraka malik olublar.

Azərbaycan Respublikası vətəndaşları, xüsusən əksər hissəsi gənc təbəqə olan bu ölkənin şiə zəvvarları bu il özlərini ərbəin mərasiminə quru və hava yolları ilə İraqın Kərbəla şəhərinə çatdırıblar.

 Azərbaycan Respublikası zəvvarlarından olan Telman Kərimov bu barədə deyib ki, onların 48 nəfərlik heyəti İslam müqəddəslərini ziyarət etmək və böyük Hüseyn(ə) ərbəini mərasimində iştirak etmək məqsədilə quru yolu və İran İslam Respublikası vasitəsilə özünü İraqa çatdırıbdır.

Azərbaycan Respublikasından Kərbəlaya gedən karvanlardan digər birinə başçılıq edən Zahid Kərimov bu haqda deyib ki, Bakıdan və bu ölkənin digər rayonlarından olan 30-45 nəfərlik təqribən iyirmi karvan böyük Hüseyn(ə) ərbəini mərasimində iştirak etmək məqsədilə müxtəlif yollarla Kərbəlaya gəlibdir.

Ölkələri İran və İraqdan sonra ən çox şiə əhalisinə malik olan Azərbaycan Respublikası vətəndaşları hər il əsl Muhəmməd İslamı təlimlərini daha artıq tanıyırlar. Bu ölkədə İmam Hüseyn(ə) vurğunlarının sayı da ilbəil artmaqdadır.

Bu istiqamətdə Azərbaycan Respublikasının müxtəlif şəhərlərində, o sıradan bu şəhərin paytaxtı Bakıda Əhli-Beyt(ə) vurğunlarının geniş iştirakı ilə böyük ərbəin mərasimləri keçirilibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button