ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Təbriz nümayəndəsi: iran islam Cümhuriyyəti sərhədimizin kəsilməsinə icazə verməyəcək

Təbriz xalqının İran Milli Məclisindəki nümayəndəsi Əlirza Munadi Azərbaycanın bölgədəki son hərəkətlərinə münasibət bildirərək deyib:

“Bu məsələ ölkə səviyyəsində deyil və hərbi batalyon səviyyəsində həll oluna bilər. Əliyevdən xahiş edirik ki, dünyanın bu iqtisadi böhranında bu əməlləri ilə xalqının həyatını və nisbi sülhünü təhlükəyə atmasın”.

O, həmçinin belə vurğulayıb:

“Bizim Ermənistanla sərhədimiz ölkənin sərvətlərindən biridir və ümid edirik ki, Əliyev yanlış qərar verməyəcək, çünki bizim Azərbaycanla dostluq münasibətimiz var və bu hərəkətlər yalnız münasibətləri zəiflədə bilər. Ola bilsin ki, bu pozulmuş münasibətlər iki tərəf arasında illərdir var və sonda hər iki ölkə zərər çəkəcək, amma Azərbaycan İrandan daha çox əziyyət çəkəcək”.

O daha sonra belə qeyd edib:

“İslam Cümhuriyyəti bu ölkə ilə yaxşı münasibətimizi nəzərə alaraq, Ermənistanla sərhədimizin kəsilməsinə icazə verməyəcək. Ona görə də bu məsələ iki ölkənin istəyidir, Ermənistan da bu sərhədin olmasını istəyir, ona görə də heç kim mənfi fikirdə olmasın.”

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button