ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran və Rusiya bank sistemləri qovuşacaq

İran və Rusiya bank sistemlərinin qovuşması ilə SWIFT-ə ehtiyacımız olmayacaq. Bunu, İran İslam Respublikası Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə direktor müavini bildirib.

SəhərAzərinin məlumatına əsasən, Möhsün Kərimi deyib: Hökmranlıq sistemi beynəlxalq bankçılıq infrastrukturlarına malik olmaqla ölkələri sanksiya edir. Avropa və Qərbin hökmranlıq sistemində olan bu infrastrukturlardan biri, məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi üzrə beynəlxalq banklararası sistem olan Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti- SWIFT-dir.

Kərimi əlavə edib: Ticarət banklarının məlumatlarının ötürülməsi sisteminin qovuşması ilə,/ SWIFT-ə ehtiyac duymayacağıq və beləliklə sanksiya maneələrindən birini arxada qoymuş olacağıq.

İran İslam Respublikası Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə direktor müavini həmçinin deyib: Dollar və avronun sıradan çıxarılması proqramını iş gündəminə daxil edəcəyik. Dünya ölkələrindən heç biri ilə bu valyutalarla mübadilə etməmək əzmindəyik.

İran İslam Respublikası, Rusiya və Çin dolların valyuta mübadilələrindən yığışdırılması barədə razılaşıb və proqramlaşdırma aparıblar.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button