Qadin və hicab

Biz hicabla gözümüzü yox, başımızı bağlayırıq

Aytac İsmayılova: “Bəzi insanların düşüncələrinə görə hicab təhsildə geriləməyimizə səbəb olur. Biz hicabla gözümüzü yox,başımızı örtürük”.

“Mən hicaba çox həssas dönəmdə keçmişəm. Hicaba təzə qadağa qoyulmuşdu. İlk dəfə bununla bağlı məktəb direktorunun sərt reaksiyası ilə qarşılaşmışam. Lakin nə sinif yoldaşlarım,nə də müəllimələrim tərəfindən hər hansı bir problem və basqı görməmişəm. Əksinə, o çətin ərəfələrdə sinif yoldaşlarım mənə çox dəstək oldular”.
Bu sözlər Yasamal Rayon 13 nömrəli məktəbin IX sinif şagirdi İsmayılova Aytac məxsusdur. Xatırladaq ki, İsmayılova Aytac 2010-cı ildən başlayaraq orta məktəblərdə tətbiq edilən hicab qadağası dövründə problemlə üzləşən yüzlərlə şagirddən biridir.
2010-cu ildən başlayaraq orta məktəblərdə vahid məktəbli formasının tətbiqindən sonra, hicablı şagirdlərlə bağlı təhsil müəssisələrində müəyyən problemlər yaşandı. İlkin mərhələdə ölkə üzrə hicablı şagirdlər təhsil müəssisələrinə buraxılmadılar. Bu isə cəmiyyətin inanclı təbəqəsi tərəfindən birmənalı qarşılanmadı. Belə ki, problemin yarandığı ilk günlərdə ölkə başçısına 50 mindən çox imza ilə müraciət edən vətəndaşlar bunun nəticəsiz qaldığını gördükdən sonra etiraz aksiyaları keçirmək qərarına gəldilər. 2010-2013-cü illər ərzində isə hicab qadağasına etiraz olaraq Təhsil Nazirliyi qarşısında 3 dəfə aksiya keçirildi. Aksiyalar zamanı 50-dən çox aksiya iştirakçısı həbs edildi və hazırda onlardan 38 nəfəri həbs həyatı yaşayır.
Lakin məsələnin maraqlı tərəfi budur ki, təhsil naziri yeniləndikdən sonra, orta məktəblərdəki hicab problemi qismən də olsa öz həllini tapdı. Belə ki, yeni təhsil naziri Mikayıl Cabbarov mediaya açıqlamasında bildirdi ki, hicablı şagirdlərin orta məktəblərə buraxılması təhsil müəssisələrinin daxili nizamnaməsinə uyğun tənzimlənir.
3 il bundan əvvəl ölkənin əsas gündəm mövzularından birinə çevrilən və yüzlərlə şagirdi təhsilsiz qoyan hicab qadağasının qanuni, hüquqi, mənəvi və elmi tərəflərini öyrənmək üçün ekspertlərə üz tutduq./birlik.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button