ArxivXəbərlər

Erməni generalı: “Azərbaycan silahlarını bizimlə böləcək”

“Azərbaycana Rusiyanın silah satmasını siyasiləşdirmək və bundan bu qədər narahat olmaq lazım deyil”.


Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə nazirinin keçmiş müavini, hazırkı deputat Manvel Qriqoryan çıxış edib. O, Ermənistan cəmiyyətini panikaya düşməməyə çağırıb: “Qorxulu heç nə yoxdur. Onsuz da müharibədə biz qalib gələcəyik və Bakının aldığı silahların yarısı bizə qalacaq. Vəziyyət nəzarət altındadır. Hazırda isə heç bir təhlükə yoxdur”.Qeyd edək ki, Azərbaycanın Rusiyadan aldığı son ağır hərbi texnika – T-90C tankları barədə xəbərlərdən sonra Ermənistan cəmiyyətində ciddi narahatlıq müşahidə olunur. Ermənistan mediası Azərbaycan Müdafiə Nazirliyinin Rusiyadan son iki il ərzində 4 milyarddan artıq ən müasir silah idxal etdiyini gündəmdən düşməyə qoymur. Bildirilir ki, Azərbaycanın aldığı C-300PMU-2 zenit-raket kompleksi, “Top-M2E”, 70 helikopter, 100 T-90C tankı və PDM-3, həmçinin “Smerç” reaktiv sistemləri Azərbaycanın aşkar üstünlüyünü fakta çevirib.Artıq bir neçə gündür ki, erməni siyasi dairələri və güc nazirlikləri jurnalistlərin verdiyi bu suallar və ictimaiyyəti narahat edən məsələlərlə bağlı açıqlamalar verməyə məcbur olurlar./axar.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button