ArxivXəbər lentiXəbərlər

Suriyada daha bir azərbaycanlı öldürüldü – FOTO

Suriyada İŞİD qruplaşmasının tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən azərbaycanlı mücahid öldürülüb.

AzVision.az-ın məlumatına görə, dünən axşam saatlarında Hələbin cənubunda Fətih ordusunun rəhbərliyi altında “Əhraruş Şam”, “Nüsrət Cəbhəsi”, “Ecnaduş Şam”, “Ceyüş-Sünnə”, “Ceyşül İslam” və “Fəlyakuş Şam” qruplarının birgə iştirakı ilə hərbi əməliyyatlar keçirilib.

Müxalif qüvvələrin tərkibində döyüşən iki qafqazlı İŞİD-çi əməliyyatlar zamanı həlak olub. Ölənlərdən biri Əbu Əli Azəri (Elşən) ləqəbli Azərbaycan vətəndaşıdır.

Əbu Əli Azərinin üç il öncə azərbaycanlı İŞİD-çi Rüstəm ƏsGərovla birlikdə Suriyaya getdiyi və orada bir qadınla evləndiyi bildirilib.

Həlak olan azərbaycanlı döyüşçünün Suriyalı qadından iki övladının olduğu qeyd edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button