AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasında şiə dindarlarının potensiallarından istifadə etməyin zəruriliyi

Son günlər cəbhədə Azərbaycan və Ermənistan orduları arasında şiddətli toqquşmaların getdiyi bir zamanda Azərbaycan İslam Partiyası, Azərbaycan şiə dindarları və məhbus dindarlar ayrı-ayrılıqda bəyanat verərək Ermənistanın Azərbaycana təcavüzünü məhkum etməklə yanaşı Azərbaycan ordusunun cavabını dəstəkləyiblər və cihada getməyə hazır olduqlarını bildiriblər.

Qafqaz Mədəniyyət Mərkəzi – Son günlər cəbhədə Azərbaycan və Ermənistan orduları arasında şiddətli toqquşmaların getdiyi bir zamanda Azərbaycan İslam Partiyası, Azərbaycan şiə dindarları və məhbus dindarlar ayrı-ayrılıqda bəyanat verərək Ermənistanın Azərbaycana təcavüzünü məhkum etməklə yanaşı Azərbaycan ordusunun cavabını dəstəkləyiblər və cihada getməyə hazır olduqlarını bildiriblər.

Sözü gedən bəyanatlar Bakı dövlətinin dindarlar əleyhinə təbliğatının əksinə olaraq şiə dindaralarının İslam dininə və Əhli-beytin (ə) təlimlərinə nə qədər bağlı olduqlarını göstərdi.Şiə dindarların cəbhədə gedən döyüşlərə qatılmaq istəmələri elə bir şəraitdədir ki, Azərbaycan dövləti dindarları bərk sıxışdırmış, sionist rejiminin sifarişi ilə bir çox dindarları, o cümlədən Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovu, Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Tale Bağırov kimi bir sıra tanınmış dindarları dövlətə xəyanət və İranın xeyrinə casusluq etməkdə ittiham edərək zindana salıb.

Qarabağ müharibəsinin başlandığı ilk dövrlərdə Azərbaycanın şiə dindarları öz torpaqlarını qorumaq üçün müharibə cəbhələrinə yollandılar. Azərbaycanın bəzi siyasətçilərinin və ordu rəhbərlərinin xəyanəti olmasaydı ermənilərin Qarabağı işğal etməsi mümkün deyildi. Azərbaycan dövləti son illərdə xarici ölkələrdən, xüsusən də sionist rejimindən hərbi silahlar almışdır. Lakin döyüş meydanında qələbəni gerçəkləşdirən gənclərin iman qüvvəsidir. Amma Bakı dövləti səhv sekulyarizm siyasətləri izləməklə orduda hər növ dini fəaliyyətləri qadağan etmişdir.

Azərbaycan dövləti bilməlidir ki, nə böyük həcmdə hərbi təchizat, nə də xarici güclərə arxalanmaq ölkənin işğal edilmiş ərazilərini azad etməyə qadirdir. Yalnız Hacı Mövsüm Səmədov və Hacı Tale Bağırov kimi insanlar işğal olunmuş əraziləri Ermənistandan almaq üçün canından keçər və Azərbaycan yolunda fədakarlıq edər.

Yaxşı olardı ki, dövlət siyasətlərinə yenidən baxsın, Azərbaycanın işğal edilmiş ərazilərini düşməndən geri almaq üçün şiə dindarlarının potensiallarından faydalansın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button