ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın üçlü adalara hakimiyyət hüququ qətidir – TƏHLİL

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir sıra ərəb ölkələrinin xarici işlər nazirlikləri ilə birlikdə iştirak etdiyi Mərakeş iclasının yekun bəyanatında üç İran adası da qeyd edilib, sənəddə İran və BƏƏ arasında ərazi münaqişəsinin sülh yolu ilə beynəlxalq qanunlara və BMT Nizamnaməsinə əsaslanan ikitərəfli danışıqlar və ya Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həlli dəstəklənib.

BƏƏ son illər İranın üç adası ilə bağlı dəfələrlə ərazi iddiaları irəli sürüb. Əhəmiyyətli məqam ondan ibarətdir ki, İran 1971-ci ildə 68 ildən sonra bu adaları İngiltərədən geri alanda dünya coğrafiyasında Əmirlik adlı ölkə yox idi və bu adalar İrana qaytarıldıqdan iki il sonra BƏƏ təsis olundu.

Rusiyanın BƏƏ-nin iddialarını müşayiət edən mövqeyi ictimai rəy və İran rəsmiləri tərəfindən ciddi şəkildə tənqid olunub və onlar bunu Tehran-Moskva arasındakı ikitərəfli münasibətlərinin irəliləyişinə zidd addım hesab edirlər.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan cümə günü Sergey Lavrov ilə telefon danışığında İranın üç adasını İranın ərazi bütövlüyünün tərkib hissəsi adlandıraraq deyib: “Ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət münasibətlərin əsas prinsiplərindən biridir və İranın ərazi bütövlüyü və suverenlik məsələlərində heç zaman güzəştə getməyəcək”.

Aliməqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti də bu kontekstdə bildirib: “Rusiyanın mürəkkəb beynəlxalq vəziyyətdə olduğu bir şəraitdə bu ölkənin bəzi mövqeləri təəssüf doğurur”.

Məsələ burasındadır ki, Rusiyanın üç İran adası ilə bağlı BƏƏ ilə həmrəylik mövqeyi İran İslam Respublikasının suverenlik və ərazi bütövlüyü ilə bağlı qırmızı xətlərini keçmək anlamına gəlir. Lakin Moskva yadda saxlamalıdır ki, BƏƏ-nin qeyri-real ərazi iddialarını dəstəkləmək Kuril adaları və ya Rusiyanın digər ölkələrlə mübahisə etdiyi digər ərazilərlə bağlı təkrarlana və Kreml üçün təhlükəli praktikaya çevrilə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button