Aktual

Sülaləyə Olar Başqalarına Olmaz

Əldə olunan məlumatlarda bildirilir ki, “Azərbaycan Avropa Hərəkatı”nın prezidenti Ramin Hacılı və hərəkatın sülh quruculuğu üzrə eksperti Həmidə Qiyasbəyli Ermənistanın paytaxtı İrəvan şəhərinə səfər edib. 

Avropada yaşayan və avropa vətəndaşı olan, Azərbaycan Xalq Cumhuriyyətinin ilk Azadlıq illərindəki mühüm amillərdən biri sayılan, Azərbaycan Respublikasının Müdafiə Naziri müavini vəzifəsində çalışan, Rus hərbi diviziyalarını Azərbaycan Respublikasından, xüsusən də Talış bölgəsindən çıxardan Əlikram Hümmətovun İrəvana səfərini Azərbaycanda satqınlıq və nankorluq kimi qələmə verən əliyevlər sülaləsi, indi də Ələikram Hümmətova ünvanladıqları adların hammısını geriyə, özlərinə götürərək, Ermənistana “Azərbaycan Avropa Hərəkatı” çərçivəsində səfər ediblər.

Əldə olunan məlumatlarda bildirilir ki, “Azərbaycan Avropa Hərəkatı”nın prezidenti Ramin Hacılı və hərəkatın sülh quruculuğu üzrə eksperti Həmidə Qiyasbəyli Ermənistanın paytaxtı İrəvan şəhərinə səfər edib.

Hərəkatın mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında vətəndaş təşəbbüsünün artırılması” istiqamətində təşkil olunan səfər çərçivəsində Ermənistan Avropa Hərəkatı və bir çox qurumlarla müzakirələr aparılacaq.

Səfər çərçivəsində görüşlər 19-20 oktyabr tarixlərində baş tutacaq. Səfərdə həmçinin Beynəlxalq Avropa Hərəkatının baş katibi Diogo Pinto və Beynəlxalq Avropa Hərəkatının Siyasi Komitəsinin nümayəndəsi xanım Dr. Karol Veaver da iştirak edəcək.

Səfər çərçivəsində Avropa İttifaqının təşkilatçılığı ilə konfrans, Ermənistandan olan millət vəkilləri, tanınmış QHT nümayəndələri ilə görüşlər və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

abna

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button