ArxivXəbər lentiXəbərlər

Son iki il ərzində Gürcüstanda 5 məscid tikilib – GMİ sədri

“Hazırda Gürcüstanda 30-a yaxın məsciddə müəyyən təmir işləri gedir. İlin sonuna qədər bu rəqəmin artacağı istisna edilmir.

Bunu SalamNews-a açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib.

GMİ sədri deyib ki, ötən il olduğu kimi bu ildə də məscidlərin təmirinə diqqət yetirilir. Belə ki, ötən il ümumilikdə 55 məsciddə təmir işləri aparılıb. Bundan başqa son iki il ərzində 5 ibadət evi tikilərək müsəlmanların ixtiyarına verilib.

Həmçinin Din Məsələləri üzrə Dövlət Agentliyinin son komissiyyasında da bir məscidin bərpasına icazə verilib.

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən 312 məsciddən artıq 130-nun qeydiyyat məsələsi tam həll olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button