ArxivIslamXəbər lentiXəbərlər

Siyasi məhbusların sayı 11 nəfər artıb – hüquq müdafiəçiləri

“2019-cu il 16 mart əvfindən sonra 87 siyasi məhbus həbsdə qalmaqdadır. Bu barədə Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın bəyanatında deyilir.
Baş prokuror Zakir Qaralovun sözlərinə görə, 2018-ci ilin iyul-avqust aylarında iğtişaşlarda iştiraka görə 77 nəfər məsuliyyətə cəlb edilib. Bu iş üzrə istintaq və məhkəmə prosesinin monitorinqi göstərib ki, məhkəmə prosesləri Bakıda keçirilib, prosesləri Gəncə Ağır Cinayətlər Məhkəməsi aparsa da, hakimlər Bakıya gəlirdilər. Bütün təqsirləndirilən şəxslər bir neçə qrupa ayrılıb.
2019-cu il fevralın 22-də Natiq Əliyevin sədrliyi ilə keçirilən məhkəmə 11 vətəndaş barəsində ittiham hökmü çıxarıb və aşağıdakı cəzaları verib:
* Maarif Hacıyev – 9 il azadlıqdan məhrumetmə;
* Şahlar Rzayev – 8 il 6 ay azadlıqdan məhrumetmə;
* Ruslan Həsənov – 8 il azadlıqdan məhrumetmə;
* Tural Bayramov – 8 il azadlıqdan məhrumetmə;
* Nizami Əkbərov – 8 il azadlıqdan məhrumetmə;
* Kamal Məhərrəmov – 8 il 6 ay azadlıqdan məhrumetmə;
* Araz Həsənov – 7 il 6 ay azadlıqdan məhrumetmə;
* Toğrul Verdiyev – 8 il azadlıqdan məhrumetmə;
* Orxan Yağnalıyev – 8 il 6 ay azadlıqdan məhrumetmə;
* Seymur Əliyev – 8 il azadlıqdan məhrumetmə;
* Vaqif Əşrəfov – 7 il 6 ay azadlıqdan məhrumetmə.
Sözügedən prosesin təhlili göstərib ki, hökm əsassızdır, ədalətsizdir və siyasi sifarişlə çıxarılıb. Məhkəmə təqsirləndirilən şəxslərin təqsirinin hər hansı sübutunun olmamasına məhəl qoymayıb, AR Konstitusiyasının 28 və 46-cı və AR Cinayət-Prosessual Məcəlləsinin 13 və 21.2-ci maddələrini, habelə beynəlxalq hüquq normalarını: Avropa İnsan Hüquqları Konvensiyasının 6(2), 5(1), 3-cü maddələrini, eyni zamanda İşgəncələr Əleyhinə Konvensiyanı pozaraq, işgəncə haqqında müraciətləri araşdırmayıb.
Bu səbəbdən Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq həbs edilmiş 11 şəxsin adını Azərbaycanın siyasi məhbusları siyahısına daxil edib, deyə bəyanatda bildirilir.
Sənədi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, “Tolışi-sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, Ziyalılar İttifaqının sədri Eldəniz Quliyev imzalayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button