ArxivXəbər lentiXəbərlər

Moskva hava limanında DƏHŞƏTLİ qəza: 41 nəfər ölüb

Moskvanın “Şeremetovo” hava limanında dəhşətli qəza baş verib. Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus Sukhoi Superjet 100 (SSJ-100) sərnişin təyyarəsi qəza enişini edən zaman yanmağa başlayıb. Qəza nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Ölənlərdən biri ekipaj üzvüdür. Qəzadan yalnız 33 sərnişin və dörd ekipaj üzvü sağ çıxıb.
İslaminSesi-nin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda Rusiyanın İstintaq Komitəsi məlumat yayıb. 
Verilən məlumata əsasən sərnişinlər 53 saniyə ərzində təxliyyə ediliblər.
Baş verən qəzanın araşdırılması xüsusi dövlət komissiyasına həvalə olunub. Təyyarə uçuş təhlükəsizliyi qaydalarının iki nəfər və ya iki nəfərdən çox insanın ölümü ilə nəticələnən pozuntusu maddəsi ilə cinayət işi açılıb. 
Ekipaj üzvləri qəzaya ildırım vurmasının səbəb olduğunu təsdiq ediblər.  İldırım vurduqdan sonra təyyarənin bütün avtomatik qurğuları sıradan çıxıb. Hava limanına eniş etmək istəyən təyyarə iki dəfə uçuş zolağına çırpılıb.
Hava limanı müvəqqəti olaraq uçuş və enişlər üçün bağlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button