ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Polis serjantı müxalifət fəalının cəzalandırılmasını tələb edir

 Bakının Nəsimi Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşı, polis serjantı Seymur İmanov Azərbaycan Xalq Cəbhəsi Partiyasının  üzvü Gülnarə Rəhimovanın barəsind xüsusi ittiham qaydasında şikayət verib. O, qızın Azərbaycan Cinayət Məcəlləsinin  147-ci (böhtan) və 148-ci (təhqir) maddələrilə məsuliyyətə cəlb olunmasını tələb edir. Bu maddələrin hər biri 6 ayadək azadlıqdan məhrumetmə də daxil olmaqla, cəza nəzərdə tutur.

Şikayətə avqustun 11-də Rəhimovanın Facebook sosial şəbəkəsində dərc olunmuş paylaşımı səbəb olub:

” “Quru sərhədləri açın!” tələbi ilə Nazirlər Kabineti qarşısında keçirilən aksiyaya gedərkən içəri şəhər metrosunun qarşısında polislər tərəfindən qanunsuz olaraq saxlanılaraq 41 ci polis bölməsinə aparılanda Əziz Məmiyev də mənimlə birlikdə aparılmışdı.Əzizi polislər döymüşdülər gözlərimin önündə (bu barədə həmən vaxt yazmışdım)
Bu gün isə həmən polis serjantlarından birinin fotosunu əldə etdim və paylasıram ki hər kəs görsün və tanısın”

İyulun 20-də Nazirlər Kabinetinin qarşısında “Sərhədləri açın!” tələbilə keçirilən aksiya zamanı Rəhimovanı “İçərişəhər” metrostansiyasının yaxınlığında saxlayıblar. Qızın dediklərinə görə, o, özü ilə birlikdə 41-ci polis bölməsinə aparılan  Əziz Məmiyevin orada döyüldüyünün şahidi olub.    

Hələ o zaman bu barədə Facebook-da yazıb.

Avqustun 11-də isə Rəhimova Məmiyevin döyülməsində iştirak edən serjant İmanovun fotosunu paylaşıb.

Rəhimova hesab edir ki, onun yazısında nəşrində təhqir və ya böhtan olmayıb.

“Bu şikayətdə məqsəd etiraz aksiyalarında iştirak etdiyimə və hökuməti tənqid etdiyimə görə mənə təzyiq göstərməkdir”,- Rəhimova Facebook səhifəsində yazıb.

 “Müdafiə xətti” hüquq- müdafiə təşkilatı Rəhimovanın işini  nəzarətə götürüb.

“Müdafiə xətti” qeyri-hökumət təşkilatının üzvü Zəfər Əhmədovun sözlərinə görə, Rəhimovanın yazısında təhqir və ya böhtan əlaməti yoxdur.

Şərhlərin məzmununa görə isə postu dərc edən istifadəçi məsuliyyət daşımır”, – Əhmədov Turan agentliyinə bildirib.

Xüsusi ittihamçı İmanovdan şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Gülnarə Rəhimova etiraz aksiyalarında fəal iştirakı ilə tanınır, bu səbəbdən dəfələrlə saxlanılıb və cərimələnib. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button