ArxivXəbər lentiXəbərlər

Türkiyə ordusu Afrində İranın “Kövsər TV” və “Press TV” telekanallarının jurnalistlərini yaralayıb

İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Beynəlxalq əl-Kövsər televiziyasının jurnalisti Suriyanın Afrin bölgəsində yaralanıb.

“Truth NGO” xəbər verir ki, İranın Beynəlxalq əl-Kövsər televiziyasının jurnalisti Səhib əl-Misri Afrin bölgəsində Türkiyə hərbçilərinin açdığı atəş nəticəsində yaralanıb.

İranın digər bir beynəlxaql televiziyası olan “Press TV” də çərşənbə axşamı məlumat yayaraq, Türkiyə hərbiçilərinin Suriyanın  Afrin şəhərinin Raco məntəqəsində  bu telekanalın jurnalistlərinə hücum edərək bir müxbiri yaraladığını bildirmişdi

Xatırladaq ki, Türkiyə ordusu  yanvarın 20-dən başlayaraq Suriyanın şimalındakı Afrin şəhərində Zeytun Budağı əməliyyatına başlayaraq, bu ölkənin ərazilərini işğal etmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button