Tarix

Şii-Sufizm ideologiyasının və Şeyx Səfi

Şərq tarixində adı hörmətlə çəkilən Şeyx Səfi ilə az-çox hamımız tanışıq. O Ərdəbildə anadan olub Şeyx Zahidin qızı ilə evlənib, bunun nəticəsində Şeyx Sədrəddin kimi layiqli oğlu olub..

Onunla təriqətini davam etdirməsi və nəhayət Ərdəbildə vəfat etməsini və Ərdəbildə dəfn edilməsini hamımız bilirikŞərq tarixində adı hörmətlə çəkilən Şeyx Səfi ilə az-çox hamımız tanışıq. O Ərdəbildə anadan olub Şeyx Zahidin qızı ilə evlənib, bunun nəticəsində Şeyx Sədrəddin kimi layiqli oğlu olub. Onunla təriqətini davam etdirməsi və nəhayət Ərdəbildə vəfat etməsini və Ərdəbildə dəfn edilməsini hamımız bilirik. Amma bir faktla əlaqədar nə isə az maraqlanmışıq və ya bəzi alimlərimiz də çalışmışlar ki, bir sıra həqiqətlər ört-basdır olsun. Bu gün bizim qarşımızda bu sorğu qabarır ki: Şeyx Səfinin bizim indiki ideologiyamızın formalaşmasındakı rolu nə dərəcədədir və doğrudanmı Şah İsmayılın yeritdiyi ideologiya Şeyx Səfinin formalaşdırdığı və daha doğrusu yenidən həyat bağışladığı ideologiyadır?

Biz bu yazıda bu sorğulara öz münasibətimizi bildirərək oxucu kütləsinin diqqətini bu məsələyə yönəltmək istəyirik.

Şeyx Səfiyəddin Ərdəbili Kəlxuran adlı kənddə hicri qəməri il ilə 650-ci (1230-miladi) ildə anadan olmuşdur. Atası Əminuddin Xacə Kəmaluddin Ərəbşahinin oğludur. Şeyx Səfinin nəsli yeddi silsilə vasitəsi ilə İmam Musa Kazıma (ə) çatır. Səfi silsiləsinin seyidliyi şəcərəşünas alimlərin nəzərincə sübut olunmuş bir mövzudur. Səfi elə bir dövrdə həyat sürmüşdür ki, İranın böyük alimləri, o cümlədən Movləvi, Sədi, Şeyx Məhmud Şəbistəri kimi böyük şəxsiyyətlərlə həməsr olmuşdur. Səfi 22 yaşda olarkən Movləvi vəfat etmiş və 41 yaşında ikən Sədi vəfat etmişdir. Səfi həm də böyük ariflər olan Şeyx Mohyiddin ibn Ərəbi və Şeyx Nəcməddin Kubranın da təsirində olmuşdur, Səfi anadan olanda bu iki islam arifinin ölümündən 32 il keçirdi. Səfi bu kimi böyük alimlər və ariflər yaşadığı bir mühitdə tərbiyə olunmuşdur.

Şeyx Səfinin həyatını qələmə alan yeganə alim İbn Bəzzaz Ərdəbili yazır ki, «Şeyx Səfi çox gözəl və boy-buxunlu bir gənc idi. Hələ yüeni yetmə ikən qadın camatının bir çoxu ona aşiq olmuşdu, eşqində yananlar çox idi». İkinci Yusif ləqəbi alan Səfiyə həm də gözəl olduğu üçün, «Türk piri və gül üz» sifətlərlə müraciət edilirdi.

Buna baxmayaraq o heç də təqva, əxlaq və mənəviyyat yolundan kənara çıxmadı, gənc yaşından öz nəfsinə qələbə etmək və mənəviyyatını yüksəltmək üçün gecə-gündüz Şeyx Əbusəid və Şeyx Şəhabəddin Əhərinin məzarları kənarında ibadətlə məşğul olurdu. İyirmi beş yaşında ikən Şeyx Zahidi Gilaninin hüzuruna çatır və ona mürid olub 25 il Şeyx Zahidin tələbəsi kimi onun yanında qalır. Orada Şeyx Zahidin qızı ilə evlənir. Şeyx Zahid vəfat etdikdən sonra Şeyx Zahidi əvəz edir. O, 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbələr yetişdirir. Şeyx Səfinin ömrünün daha faydalı və təsirli illəri həmin illər olmuşdur. Onun az zamanda şöhrəti İran hüdudlarından keçərək bütün şərq dünyasına, şərqi Romaya, Suriyaya, Hindistana yayılmışdı və şərqdə ürfan və din sahəsində yeganə şəxsiyyət kimi olaraq bütün İslam məzhəbləri, təriqətlər üçün mürşid və ustad ola bilmişdir.

Bu zaman təriqət tarixində böyük əhəmiyyətə malik olan Darül-irşad bütün məzhəblərin üzünə açıq idi. Bu qapıya nəinki tələbələr, təriqət və məzhəb başçıları, hətta siyasət başçıları belə öyüd almağa gəlirdilər. Demək bütün şərq, Şeyxin əlində idi. Şərqin hər bucağına yayılmış tələbələri onun nəzər və görüşlərini və göstərişlərini həyata keçirirdilər. Tarixdə Əmir Çobandan nəql olunur ki: «Şeyxin tələbələri Türküstandan Misirə və Hormoz (indiki Fars Körfəzi) sahilindən dəmir qapı Dərbəndə kimi bütün ərazini qapsamışlar».

Demək, Ərdəbil Darül-İrşadi (hidayət evi) geniş bir əraziyə mənəvi ocaq kimi olmuş və bu ocağın başında Şeyx Səfi dayanırdı. Şeyx Səfi tam bacarığı ilə təqiyyə əslinə əməl edərək elə bir götürgə götürmüşdür ki, ayrı-ayrı islam məzhəbləri və təriqətləri onun mənəvi xəzinəsindən qidalana bilsinlər. Məhz bu prinsipə əsaslanaraq ondan məzhəbi haqqında soruşanda «Biz doğru Səhabələrin məzhəbindənik» deyirdi.

Həm də doğru təriqət, əsil ürfan və düz şəriət yolu olan əhli-beyt yolunu gedərək deyir ki: Biz Peyğəmbərin əhli-beytinin yolundayıq, axı onlar daha təqvalı və pak idilər.

Bəs bu geniş ərazidə olan mənəvi ordu necə idarə olunurdu?

Aydındır ki, Səfəvi təriqəti özünəməxsus bir təşkilatın vasitəsilə təbliğ olunur və ucqar nümayəndələrə çatdırılırdı. Bu təşkilatın başında «Pir» ya «Mürşid» dururdu. Mürşid ilə müridlər arasında vasitəçi rol oynayan xəlifənin üzərinə əsas iş düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər rəhbərlə birbaşa əlaqədə olurdu. Sonralar bu xəlifələr üçün xəlifələr xəlifəsi deyilən bir məqam da yarandı. Xəlifələr dərvişlər və sufiləri idarə edərək söz-söhbət olmadan rəhbərin əmrini həyata keçirirdilər. Tabeiyyətdə olan camaatla rəhbər arasında xəlifələr və sufilər elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi.

Bu sistem Şeyx Cüneydə kimi davam edirdi və əksər hallarda siyasətə qarışmırdı. Amma Şeyx Cüneyddən başlayaraq Darül-irşad siyasi məsələlərlə maraqlanmağa başladı və uzun uzadı təşkilata rəhbər olan Ərdəbil Piri bu təşkilatdan nəinki təriqəti və fikri məsələlər üçün istifadə etdi, həm də böyük bir hərbi və siyasi təşkilata da çevrildi. Ürəklərə hakim olan Ərdəbil Piri təqiyyədən əl çəkərək hakimiyyətin Əhli-beytə aid olmasını iddia edərək bunu reallaşdırmaq istədi və nəhayət Pirin (Şeyxin) mənəvi və hərbi əsgəri sayılan fədakar qızılbaşların canfəşanlığı ilə Şah İsmayılın başçılığı ilə Şeyx Səfinin yaratdığı mənəvi təşkilat hakimiyyəti əldə etdi və 85 yaşında vəfat edən Şeyx Səfinin təriqəti Əhli-beyt təriqəti kimi həyatını qoruyub saxladı.

Təəssüflə Şeyx Səfinin özündən bizim üçün heç bir əsər qalmamışdır. Ondan əldə olan bir neçə farsca və türkcə şerlərin də Şeyxin olub-olmaması şübhə altındadir. Əlbəttə bunu da qeyd etmək lazımdır ki, son vaxtlar bəzi xəstə adamlar müasir dövrdə yaranmış şəraitdən sui-istifadə edərək özlərindən bəzi əsərlər yonub hazırlayır və onu bizim böyük alimlərimizə istinad edirlər. Bunlardan biri də Şeyx Səfiyə istinad edilən Qara məcmuədir. qərəzli və məlum bir şəxs özündən bir sıra cümlələr uyduraraq heç bir elmi əsası olmadan onu Şeyx Səfiyə istinad etmişdir. Bu günə qədər Qara məcmuədən heç bir əsər-əlamət yoxdur və Qara məcmuə iddia edilən əsər ən azı 400 il Şeyx Səfidən sonra yazılmışdır. Xalqın öz doğru şəxsiyyət və yazılı əsərlərinə inamını sarsıtmaq, xalqı şübhəyə salmaq istəyən bu kimi adamların abidə yonub hazırlamaları çox təəccüblü deyil, təəccüblüsü burasındadır ki, bir sıra tədqiqatçılar araşdırmadan bunu təbliğ etmələri və yeni mühüm bir tapıntı kimi qələmə vermələri adamı düşündürür.

taqrib.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button