İmam Hüseyn (ə) əbədi olaraq haqq bayrağı olaraq qalmalıdır. Haqq bayrağı batil cərgəsində dayana və batilin rənginə boyana bilməz. Elə buna görə də, Seyyidüş-şühəda (ə) buyurdu: “Zillət bizdən uzaqdır.”
İftixar, o şəxsə, o xalq və cəmiyyətə aiddir ki, sözünün üstündə dayanır, fırtınaların onların ucaltdığı bayrağı məhv etməsinə, yıxmasına icazə vermir. İmam Hüseyn (ə) bu bayrağı möhkəm saxladı, (bu yolda) əzizlərinin şəhadətinə və şərəfli ailə-uşaqlarının əsirliyinə dözdü.