ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

1-ci Qarabağ qazisindən qazilərə çağırış: “Niyə susursunuz?”

Azərbaycan Respublikasında 1-ci Qarabağ müharibəsi qazisi Vaqif Əlisoy, Qarabağ qazilərinin intihar hallarına münasibət bildirib, qaziləri özlərinə qiymamağa çağırıb:

Qafqaz.ir-nin məlumatına əsasən, Qazi müraciətində deyir: “Sizə bir ağsaqqal Qarabağ qazisi, bir ata, tanınmış bir ziyalı kimi müraciət edirəm! Siz bu millətin yerə düşmüş papağını qaldırdıniz, namus ləkəsini təmizlədiniz. Bu millət Sizə dəyər verdi. Ancaq bir alçaq, şərəfsiz məmura görə bu addımı atmağa dəyməz. Yalvarıram Sizə dayanın.”

Vaqif Əlisoy üzünü Qarabağ döyüşçülərinə tutaraq deyib: “Niyə susursunuz? Gözlərimizin önündə hər gün bir balamız intihar edir. Biz isə….”

1-ci Qarabağ müharibəsi qazisi Qarabağ döyüşçülərinin intiharlarına mane olmaq üçün Qarabağda söz deyən döyüşçüləri bir araya gəlməyə çağırıb: “ Gəlin mətbuat konfransı keçirib müraciət hazırlayaq”-, deyə Vaqif Əlisoy bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button