ArxivXəbər lentiXəbərlər

SEPAH terror təşkilatıdırmı? – Açıqlama

ABŞ prezidenti Donald Tramp İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi üçün lazımi qurumlara müraciət edib.

Bununla bağlı Tramp administasiyasının xüsusi nümayəndəsi açıqlama verib. O bildirib ki, hazırda müraciətin icra olunması istiqamətində işlər aparılır.

Siyasi şərhçi Cümşüd Nuriyev Teleqraf.com-a bildirib ki, bu, artıq Trampın siyasəti deyil, şəxsi qərəzliyidir. Onun sözlərinə görə, İran məhz ABŞ-ın təkidi ilə 8 il İraqla müharibə aparıb: “O müddət ərzində İran kifayət qədər şəhid verib, Qərbi Gilan işğal olundu. Sonra İran bu ərazini işğaldan azad etdi. O zaman İran qaziləri SEPAP adlı təşkilatı yaratdılar. Onların terrora heç bir bağlılığı yoxdur. Fikrimcə, Tramp əslində qaşınmayan yerdən qan çıxarır”.

C.Nuriyev deyir ki, SEPAH-ın sıralarında İran dövləti, onun ərazi bütövlüyü uğrunda qanından və canından keçən insanlar birləşir: “Burada azərbaycanlılar da var. Hazırda SEPAH İran daxilində milli ruhu yüksəltməklə məşğuldur. Eyni zamanda SEPAH dövlətlə razılaşdırılmaqla biznes qrumları yaradır. Burada şəhid ailələri və qazilər işlə təmin edilir, habelə əldə edilən gəlirlə yetim uşaqlar saxlanılır. Bu baxımdan mən anlamıram ki, ABŞ prezidenti niyə məhz SEPAH-ı terror təşkilatlarının siyahısına salmaq istəyir. Əslində İranda SEPAH-dan fərqli olaraq başqa təşkilat var, onlar İran kəşfiyyat orqanlarının xətti ilə dünyanın istənilən yerində kimlərisə məhv edirlər. Bu qurumun 15 min üzvü var. Onlar hətta ötən əsrdə Mossadın qoruduğu bir azərbaycanlı şəxsi də öldürdü. Belə ittihamı AVAK və digər qurumlara qarşı yönəltsəydilər, daha inandırıcı görünərdi. Eyni zamanda deyim ki, İranın kəşfiyyat sistemini 1950-1960-cı illərdə ABŞ yaradıb, məqsəd isə bundan SSRİ-yə qarşı istifadə etmək olub. İndi ABŞ-ın addımı çox haqsızdır. İranı başqa təşkilatlar vasitəsilə ittiham etmək olardı və bu daha inandırıcı görünərdi”.

Trampın İran siyasəti haqqında danışan mütəxəssis deyib ki, dünyada ən nəhəng terror təşkilatını yaradan, onu dəstəkləyən ölkə ABŞ-dır: “Əslində bu gün də ABŞ belə siyasət aparır. ABŞ siyasətinə yeganə olaraq, İran dirəniş göstərir. “Əl-Qaida”, “Taliban”, İŞİD, ASALA, PKK və digər terror təşkilatlarının altından ABŞ çıxıb. Təbii ki, ABŞ İranın güclənməsini istəmir. Bu Rusiya ilə bağlıdır. Türkiyəni zəiflədəndən sonar islam dünyasında İranın mövqeyi daha güclüdür. Yayda İran Səudiyyə Ərəbistanı ilə üz-üzə gəldi. Ola bilsin ki, bu yanaşma həm də Trampın Səudiyyə Ərəbistanında olan maraqlarına xidmət edir. Tranmp dərin dövlətin tapşırıqlarını icra edir. Dərin dövlət də yəhudilərin əlindədir. Yəhudilər daima İran dövlətindən çəkinib. Məncə, İranı qorxutmaq asan məsələ deyil. ABŞ-ın 300 ilə yaxın dövlətçilik təcrübəsi varsa, İranın dövlətçilik təcrübəsi 3 min ildən çoxdur. İran elə-belə dövlət deyil. Guya hansı ABŞ prezidenti hakimiyyətə gələndə İranın əleyhinə olmayıb? Prezident Obama ilə bir qədər fərqli siyasət yürüdürdülər, indisə Trampla tam fərqli siyasət yürüdürlər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button