Xəbərlər

Niyə Azərbaycan Respublikasında 1500-ə yaxın polis cəzalandırılıb?

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin məruzəçisi xanım Maylis Reps ilə görüşdə bildirib : ” Azərbaycan Respublikasında 1500-ə yaxın polis cəzalandırılıb”.

Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı R.Usubov bildirib ki, yalnız insan hüquqları üzrə Azərbaycanda və xarici dövlətlərdə keçirilən seminar-treninqlərdə son 4 ildə DİN-in 1500-ə yaxın əməkdaşı iştirak edib.
Nazir bildirilib ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 Xidməti, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi, «Qaynar xətt», elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.
Ramil Usubov avropalı qonağın nəzərinə onu da çatdırıb ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər nazirliyin aidiyyatı idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür və polis orqanlarının müvəqqəti saxlama yerlərinin (MSY) müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülür.
Avropalı qonağ xanım Maylis Reps səmimi qəbula, ətraflı məlumata və görülmüş işlərə görə təşəkkür edib! və insan hüquq və azadlıqlarının qorunması sahəsində istənilən ölkə polisi üçün vətəndaş dəstəyinin mühüm amil olduğunu vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button