Bu barədə İranın İnformasiya və Rabitə Texnologiyaları naziri İsa Zarepur “Virasty” sosial şəbəkəsində bildirib.
İranın İnformasiya və Rabitə Texnologiyaları naziri yazıb: “İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin mütəxəssisləri çərşənbə günü səhər yerli istehsal olan Qased peykdaşıyıcısı ilə “Nur-3” təsvir peykini orbitə çıxarıb və Yerdən 450 km yüksəklikdəki orbitə yerləşdirib.
Zarepur əlavə edib: “Bu il ölkənin kosmik sənayesi üçün məhsuldar il olacaq”.