ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ Qarabağda nə istəyir?

ABŞ cümə axşamı bildirib ki, Dağlıq Qarabağda beynəlxalq missiya yerləşdirməklə bağlı niyyəti “ciddi”dir.
Turan-ın Vaşinqton müxbirinin məlumatına görə,
Dövlət Departamentinin sözçüsü Metyu Miller bununla bağlı brifinqdə deyib: “Biz beynəlxalq missiyanın vacib olduğunu düşünürük, çünki o, humanitar yardım, regionda humanitar ehtiyaclarla bağlı bütün digər məsələləri  əlaqələndirilir”.
Vaşinqton öz müttəfiqləri və tərəfdaşları ilə missiyanı yerinə yetirmək üçün hansı mexanizmin ən uyğun olduğu üzərində işləyir, “biz yerdə ehtiyacların qarşılanmasını təmin etmək üçün şəffaflığın təmin edilməsinin vacib olduğuna inanırıq”, Miller deyib.
Miller təfərrüatları açıqlamayıb və bildirib ki, bu missiyanın hansı himayə altında işə salınacağı, necə görünəcəyi, kimlərin onda  iştirak edəcəkləri, onun əhatə dairəsi və nəticələri bölgədəki müttəfiqlər və tərəfdaşlarla müzakirə olunur.
“Bütün bunlar müzakirə olunur, ona görə də biz təfərrüatları öyrənənə qədər heç bir açıqlama vermək istəmirəm”, o əlavə edib.
USAID-in səfiri Samanta Pauer ötən gün humanitar yardımın koordinasiyası üçün bölgəyə araşdırma  qrupu göndərdiyini açıqlayıb.
Komanda “vəziyyəti qiymətləndirəcək, prioritet ehtiyacları müəyyənləşdirəcək və təcili yardım göstərmək üçün tərəfdaşlarla işləyəcək”,-Moller deyib.
Dövlət Departamentinin sözçüsü Qarabağ ermənilərinin gələn ildən başlayaraq özünü respublika kimi mövcudluğunu dayandırmaq qərarını şərh etməyib. Vaşinqton atəşkəsin əldə olunmasını, humanitar məsələlərin həllini və Dağlıq Qarabağ sakinlərinə inam yaradacaq müstəqil beynəlxalq missiyanın yaradılmasını vacib hesab edir.
«Biz hesab edirik ki, Dağlıq Qarabağ sakinlərinin getmək istədikləri təqdirdə tərk etmək və geri qayıtmaq istədikləri təqdirdə geri qayıtmaq barədə qərar qəbul edə bilmələri vacibdir.
Bu, onların hər birinin fərdi olaraq qəbul etməli olduğu bir qərar olmalıdı», – deyə o bildirib.
ABŞ-ın rəsmi Bakının Qarabağa beynəlxalq müşahidə missiyası ilə razılaşmasını bildirməsinə baxmayaraq bu barədə Azərbaycan Respublikası tərəfindən heç bir məlumat yayılmayıb.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Deutsche Welle”yə müsahibəsində deyib ki, “Rəsmi Bakı Qarabağla bağlı beynəlxalq müşahidə missiyasına lüzum duymur”.
Hikmət Hacıyev “CBC News”a müsahibəsində isə Azərbaycanın bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış potensialı ilə birlikdə əraziyə buraxmaq niyyətində olduğunu deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button