ArxivXəbər lentiXəbərlər

İsrail Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir

İsrailin Xarici İşlər Nazirliyinin siyasi məsələlər idarəsinin rəisi və onu müşayiət edən heyət dünən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşüb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Xələf Xələfov bu görüşdə Azərbaycan – İsrail əlaqələrindən razılıq edərək, ikitərəfli əlaqələrin genişləndirilməsində danışıqların önəminə təkid edib.

Daha sonra İsrailin baş naziri Benyamin Netanyahunun 2016-cı ildə Azərbaycana olan səfərinə işarə edən Xələfov deyib: Bu səfər ikitərəfli əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərməklə yanaşı, iqtisadi, mədəni və hərbi əməkdaşlıqlar üçün də bir çox fürsətlər yaratmış oldu.

Xələf Xələfov əlavə edib: Hərbi-texniki əməkdaşlıqlar bundan sonra da davam edəcək.

Bu məlumata görə, Alon Oşpiz də bu görüşdə Təl-Əviv və Bakı əlaqələrini strateji əlaqələrdən daha yüksək əlaqələr adlandırıb və bu əlaqələri iki tərəfin enerji, təhlükəsizlik, ictimai və siyasi əməkdaşlıqların nəticəsi adlandırıb.

Oşpiz həmçinin, Təl-Əvivin Azərbaycan ilə əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button