ArxivXəbər lentiXəbərlər

Əliyevlərin Maltadakı pulları batdı; “Pilatus” Bankdan pul çıxarmaq qadağan edildi; ABŞ-dan yoxlama gəlir

Maltadakı “Pilatus” Bankın rəhbəri, ABŞ-da həbs olunan Əli Sədr Haşemi Nejad vəzifəsindən azad edilib. Bu barədə Maltanın Maliyyə Xidmətlərinə Nəzarət İdarəsi qərar verib. Qurumun martın 21-də yaydığı bəyanatda bildirib ki, 38 yaşlı Əli Sədr “Pilatus” Bankın direktorluğundan çıxarılıb və səhmdar kimi səsvermə hüququndan məhrum edilib.

İdarə həmçinin, “Pilatus” Bankın bundan sonra hər hansı maliyyə əməliyyat aparmasını da qadağan edib. Qadağa bankın rəhbər şəxslərindən tutmuş səhmdarlarına qədər hamıya aiddir.

Maltada qətlə yetirilmiş araşdırmaçı jurnalist Dəfnə Qalizia aşkarlamışdı ki, “Pilatus” Bankın depozitlərinin 60%-i Azərbaycandakı rejimə, daha konkret İlham Əliyevin ailəsinə və Kəmaləddin Heydarova məxsusdur. İndi Maliyyə Xidmətlərinə Nəzarət İdarəsinin banka tətbiq etdiyi əməliyyat qadağası bu 60% depozitin taleyi barədə də sual yaradır. Yəni Əliyevlər və Heydərov indiyə qədər “Pulatus”dakı pullarını oradan çıxara bilməyiblərsə, həmin vəsaitləri batmış saymaq olar. “Pilatus”la bağlı qalmaqal yaranandan bəri bankın Avropa və ABŞ-ın maliyyə əməliyyatlarına nəzarət qurumlarının təftişi altına düşməsi isə onun iri müştərilərinin öz pullarını rahat geri çəkə bilməsini mümkünsüz edir.

Bu arada o da məlum olub ki, “Pilatus” Bankda yoxlama aparmaq üçün ABŞ-dan Maltaya xüsusi qrup gəlir. Bildirildiyinə görə, ABŞ-dan xüsusi qrupu Malta polisi dəvət edib.

azadliq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button