ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Human Rights Watch”: Ermənistan Azərbaycana qarşı bir neçə dəfə kasetli silahlardan istifadə edib

Ermənistan və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələri altı həftəlik müharibə dövründə dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutub.

Qafqaz.ir  xəbər verir, bu, “Human Rights Watch”un hesabatında öz əksini tapıb.

Hesabatda bildirilib ki, “Human Rights Watch”un tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı ölkənin üç rayonunda kasetli silah-sursatın istifadə olunduğu dörd hücumu sənədləşdiriblər: “Bu hücumlarda 2-si uşaq olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda, 2-si uşaq olmaqla, 20 mülki şəxs yaralanıb”.

Hesabatda kasetli silahların xarakteri haqqında məlumat verilərək qeyd olunub ki, onlar top, raket və minaatanlar vasitəsilə yerdən və ya təyyarə ilə havadan atıla bilər: “Tipik olaraq bu sursatlar havada partlayır və ondan ayrılan bir çox bomba hissəcikləri geniş əraziyə yayılır. Hücum zamanı bölgədəki hər kəs – istər döyüşçülər, istərsə də mülki insanlar ölüm və ya yaralanma riski altında qalırlar. Bundan əlavə, kasetli sursatlar tez-tez ilkin təsir nəticəsində partlaya bilmir və onlar minalar kimi təhlükə mənbəyi olaraq qalır”.
Təşkilatın hesabatında Bərdə şəhərinə oktyabr ayında atılan və 21 mülki vətəndaşın ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silahlı hücum sənədləşdirilib: “Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı “Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə rayonuna, ikisi Goranboy rayonuna və biri də Tərtər rayonunda olmaq üzrə dörd kasetli silahlı hücumu sənədləşdirib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button