Aktual

“Sədərək” və “Binə” ticarət mərkəzində yeni etiraz

Nəqliyyat Nazirliyi Departamentinin əməkdaşları “İkarus” markalı avtomobillərin sürücülərini qanunsuz olaraq hədəfə alıblar. Bu barədə məlumatı 20-yə yaxın sürücü hüquq müdafiəçisi Sadiq Əliyev vasitəsilə FaktXəbər-ə çatdırıblar. Şikayət məktubunda bildirilir ki, departament əməkdaşları “Sədərək” və “Binə” ticarət mərkəzində dayanacaqlarda olan “İkarus” markalı avtomobillərin sahiblərinə yaxınlaşıb maşınlardan istifadə etməmələrini, “metallom”a verilməsini tələb edirlər. Hər dəfə sürücülərə bu maşınlardan istifadə etməmək barədə heç bir əsas olmadan xəbərdarlıq olunur. Sürücülər də cavablarında belə bir qanun və yaxud sərəncamın olmadığını qeyd edərək, Nəqliyyat Nazirliyinin departament əməkdaşlarına haqlı etiraz edirlər. “İkarus” sahibləri bildirirlər ki, bu hal təxminən bir aydır ki, mübahisələrlə davam edir. Sürücülər son zamanlar baş verən qanunsuzluq səbəbindən özlərinin işsiz, ailə üzvlərinin çətin vəziyyətə düşəcəklərindən ehtiyatlanırlar. Bu səbəbdən də, mətbuat vasitəsi ilə ölkə prezidentinə və aidiyyəti orqanlara müraciət etməyə məcbur qalıblar.

Hüquq müdafiəçisi Sadiq Əliyevin FaktXəbər-ə açıqlamasına görə, Avtonəqliyyatservis Departamenti nəqliyyat sisteminin inkişafı, həmçinin bir sahə kimi nəqliyyatın bir sıra daxili problemlərini həll edir. Bu sahədə əsas vəzifələr struktur dəyişikliklərinin davam etdirilməsi, nəqliyyat sisteminin fəaliyyəti və inkişafının idarə edilməsində kompleksliliyin artırılması, nəqliyyatın əsas fondlarının köhnəlmə tendensiyasının qarşısının alınması və nəqliyyat sistemlərinin texniki səviyyəsinin yüksəldilməsindən ibarətdir. Hazırkı vəziyyətdə isə departament əməkdaşları əsassız qadağalar tətbiq edirlər. Çünki avtomobillər köhnəlməyib, texniki xidmət üçün yararlıdır və istismarının dayandırılmasına lüzum yoxdur.

Qeyd edək ki, avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulub ki, avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən bütün subyektlərin mülkiyyət növündən asılı olmayaraq, hüquq bərabərliyi və avtomobil nəqliyyatı sahəsində fəaliyyətin dövlət tənzimlənməsinin sosial yönümlüyü və ictimai maraqların üstünlüyünün təmin olunması avtomobil nəqliyyatı sahəsində fəaliyyətin təhlükəsizliyinin vahid norma, standart və qaydalar əsasında təmin olunması əsas prinsiplərdəndir.

Məktub müəllifləri bildirirlər ki, baş verən qanunsuzluqlara qısa zaman ərzində son qoyulmasa, sürücülərin etirazları başqa müstəviyə də keçə bilər. Çox təəssüflər olsun ki, şikayətlərin çox olmasına baxmayaraq, “qoçu” kimi ad çıxarmış Nəqliyyat Nazirliyi Departamentinin əməkdaşlarının özbaşına hərəkətləri davam etməkdədir.

Əliyev Emin Mikayıl oğlu ( Gəncə)
Qarayev Tahir Ədil oğlu (Gəncə )
Məmmədov Vidadi Qiyas oğlu (Şəmkir)
Qasımov Ruzi Nizami oğlu (Gəncə)
Mirzəyev Arif Cəfər oğlu
Məmmədov Əbülfəz Hidayət oglu
Heydərov Əkbər İkbər oğlu
Əsgərov Elbrus Məhərrəm oğlu
İbrahimov Məsiman Xanqulu oğlu
Səfərəliyev Bəhrəm ( Göyçay )
Abdurəhmanov Şahin Tofiq
Qafarov Elxan (Mingəcevir)
Həmidov Raqif (Ağdaş)
Səfərov Mahmud (Mingəcevir)
İsmət (Mingəcevir)
Əliyev Rəşad (Camal oğlu)
Məsimov Əli (Mingəcevir)
Şərifov Məmməd
Xanəli

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button