ArxivXəbər lentiXəbərlər

Üç ölkənin anti-dopinq qanunları ilə uyuşmayan ölkələr kimi təqdim olunması ehtimal olunur

Dopinqlə Ümumdünya Mübarizə Təşkilatı-VADA ehtimal üzrə Braziliya, İndoneziya və Azərbaycan Respublikası kimi üç ölkəni anti-dopinq qanunları ilə uyuşmayan ölkələr kimi təqdim edəcək.

Azərbaycan Respublikasının Report xəbər agentliyinin məlumatına görə, Dopinqlə Ümumdünya Mübarizə Təşkilatının Əlaqələndirmə Komitəsinin başçısı Rene Buşar VADA-nın Təsisçilər Şurasının yığıncağında tövsiyə edib ki, Azərbaycan Respublikası, Braziliya və İndoneziya anti-dopinq qanunları ilə uyuşmayan ölkələr kimi təqdim olunsunlar.

Beynəlxalq Olimpiya Komitəsi son zamanlar Dopinqlə Ümumdünya Mübarizə Təşkilatı tərəfindən elan olunmuş anti-dopinq sınaqlarının yeni nəticələrinə əsasən, 2008-ci il Pekin Olimpiya Oyunlarında altmış kiloqram çəki dərəcəsində gümüş medal qazanmış yunan-roma güləşçisi Vitali Rəhimovdan həmin medalın geri alınması haqda qərar çıxarıb.

Vitali Rəhimov 2008-ci il Pekin Olimpiya Oyunlarının yarımfinal mərhələsində qazaxıstanlı rəqibi Nurbaxıt Tengiz Bayovu məğlub edərək, finala vəsiqə qazandı, lakin bu mərhələdə rus rəqibinə məğlub oldu.

Beynəlxalq Olimpiya Komitəsinin yeni qərarına əsasən, 2008-ci il Pekin Olimpiya Oyunlarında altmış kiloqram çəki dərəcəsinin gümüş medalı qazaxıstanlı rəqibi Nurbaxıt Tengiz Bayova verilibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button