ArxivXəbər lentiXəbərlər

Azərbaycan nümayəndə heyəti İranın xarici işlər naziri ilə görüşüb Böyüt

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda İran İslam Respublikasının sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib.

Azərbaycanın Tehrandakı səfirliyindən APA-nın Tehran bürosuna verilən məlumata görə, Mərasimlərdə iştirak etdikdən sonra Ziyafət Əsgərov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb və Azərbaycan dövlətinin başsağlığını çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra Ziyafət Əsgərov İran İslam Şurası Məclisi (parlamenti) sədrinin birinci müavini Məsud Pezeşkian ilə görüşüb və Azərbaycan dövlətinin başsağlığını çatdırıb. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Nümayəndə heyətinə Milli Məclisin deputatları, o cümlədən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri daxildir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button