ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sepah son hadisələrlə bağlı dörd ölkəyə xəbərdarlıq edib

Bu gün şənbə İslam İnqilabı Keşikçiləri Ordusunun baş komandanı, general-mayor Hüseyn Salami İrandakı son hadisələrlə bağlı dörd ölkəni ittiham edib.

iranlı general bu barədə İmamzadə terrorunda həlak olanların dəfn mərasimində çıxışı zamanı deyib.

General-mayor Hüseyn Səlami ölkədə təxribat, iğtişaş və təhrikə çağırış edən xarici medianı İmzamzadə şəhidlərinin dəfn mərasiminə baxmağa çağırıb və bildirib ki, “qarşı tərəfin görmək istəmədiyi İran ictimaiyyəti belə şəhidpərvərdir.”

Salami ölkədə baş verən son hadisələrin arxasında ABŞ, Britaniya, İsrail və Səudiyyə Ərəbistanının durduğunu bildirib.

“İran aldanmış bir neçə şəxsin şər addımları ilə məğlub olmayacaq”, deyən Salami ölkəyə qarşı bir sıra media qurumlarını maliyyələşdirən Səudiyyə Ərəbistanına sərt xəbərdarlıq edib. O bu xəbərdarlığında “sabitliyinizi əlinizdən alar, arzularınızı basdırarıq” kimi sərt təhdidlərdən istifadə edib.

O əlavə edib: “ABŞ prezidenti Co Baydenin müdaxilə etməmək iddiası onun administrasiyasının ziddiyyətli addımları və axmaqlığını göstərir. Biz ona deyirik ki, ümidlərinizi və ambisiyalarınızı bu torpaqda basdıracağıq. Biz Səud sülaləsinin mediasına və zorakılığa təhrik edən mediaya xəbərdarlıq edirik ki, onlar ölkəmizdə sülhü hədəfə aldıqdan sonra sülhdən bəhrələnməyəcəklər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button