ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya Türkiyənin Ukraynaya silah satmasından narahat olduğunu bildirib

Rusiya XİN rəhbəri Sergey Lavrov bu fikirləri Mövlud ÇRusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar zamanı ölkəsinin Ukraynaya hərbi texnologiyanın ixracından narahat olduğunu bildirib.

İnterAz Ria Novosti-yə istinadla xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bu fikirləri Mövlud Çavuşoğlu ilə telefon bağlantısında olan zaman deyib.

Tərəflər bu telefon bağlantısında Ukraynanın cənub-şərqindəki prosesləri müzakirə ediblər. Bildirilib ki, S.Lavrov Mövlud Çavuşoğluna Ukraynaya hərbi texnologiyanın satılması ilə bağlı Moskvanın həssaslığı və narahatlığı olduğunu çatdırıb və rəsmi Ankaranın sözügedən məsələyə ciddi yanaşmasını istəyib.

Tərəflər bu telefon bağlantısında həmçinin cənubi-Qafqazadakı prosesləri də müzakirə ediblər.

Qeyd edək ki, Ukrayna ötən ayda ölkənin cənub-şərqindəki münaqişə ocağında ilk dəfə olaraq Türkiyə PUA-larından istifadə etdiyini bildirmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button