ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

MBH: “Yalançı ittihamları, həbsxanalardakı işgəncələri qınayır və bütün bunlarıın qarşısının alnmasını tələb edirik”

“Demokratik seçilər hakimiyyət və xalq münasibətlərində müəyyən irəliləyişə, eyni halda yeni namizədlərin daha mütərəqqi fikirlərinin həyat tərzində müsbət dəyişikliyə zəmin yaradır.

Təəssüf ki, ölkəmizdə illərlə hakimiyyət kürsüsündə oturanların rəqibsiz mövcudluğu Azərbaycan reallığının hər bir sahəsini iflic vəziyyətinə gətirib. Monopoliya, polis zorakılığı, məhkəmə qanunsuzluğu və sair bütün sahələrdə hər ötən gün acınacaqlı vəziyyətə səbəb olur. Vəziyyət elə gərgin hal alıb ki, insanlar öz haqlı etirazlarını, məmur istismarını öz canlarına qıymaqla dünyaya hayqırmaqdadırlar. Təəssüf ki, hakimiyyətin heç bir seçici effektinə malik olmayan varlığı bütün etirazları zor göstərməklə susdurmaqda davam edir.

Bu günlər qanunsuz, siyasi baxışlarına görə həbs olunanların ard-arda karserlərə salınması, aclıq edərək öz şirin canlarını ölüm təhlükəsi altına qoyması onların du haqsızzlığa edə biləcək sonuncu reaksiyalarıdır. Dünyanın diqqətini çəkən bu hadisələr isə elə bir bizim ölkədə deyil, hansısa üçüncü ölkədə baş verirmiş kimi hakimiyyətin susqunluğu ilə müşahidə olunur. Azərbaycan imicinə ciddi zərbə vuran, insanların hüquq və azadlıqlarına yönəlik bu addımlar yalnız rəqabətsiz sahiblənmə təfəkkürü ilə yaşayan bir qrupun maraqlarına uyğun ola bilər. Belə hallar isə qətiyyən yol verilən deyil.

Biz, son günlər qanunsuz həbsləri, yalançı ittihamları, həbsxanalardakı işgəncələri qınayır və bütün bunlarıın qarşısının alnmasını tələb edirik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button