Rusiyanın Ermənistandakı hərbi bazasında üç mindən çox hərbi qulluqçunun iştirakı ilə taktiki təlimlər başlayıb.
Bununla bağlı TASS agentliyi Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadla məlumat verib.
İyulun 28-dək Zaqafqaziyada keçiriləcək təlimlərə üç mindən çox şəxsi heyət və 500-ə yaxın hərbi texnika, o cümlədən hava hücumundan müdafiə qüvvələri, hərbi aviasiya və pilotsuz aviasiya cəlb olunub.
Motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimin keçirildiyi “Kamxud” və “Alaqyoz” poliqonlarına marş edib.
Havadan bölmələri “MiQ-29” təyyarələri, “Mi-24” və “Mi-8 MTŞ” helikopterləri müşayiət edir.