AktualAktualArxivXəbər lentiXəbərlər

Əba Əbdillah Hüseynin qiyamı böyük tərbiyəvi və inqilabi sərvətdir.

Ərdəbil ustanında Vəliyyi-Fəqihin nümayəndəsi, Ərdəbilin İmam-cüməsi cümə namazı xütbələrində Ayətullah Məhdəvi Kəninin vəfatı münasibətilə başsağlığı verdi, onu əxlaqlı, vilayətçi, bəsirətli, inqilabın müxtəlif səhnələrində yorulmadan çalışan bir şəxsiyyət kimi dəyərləndirdi.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən Cənab Ayətullah Amili bir neçə gün öncə ustana adsız şəhidlərin gətirildiyini xəbər verdi və əhalidən şəhidlərin uca tutulmasını istədi.

Cənab Amili Əba Əbdillah Hüseyn (ə) qiyamının böyük sərvət olduğunu vurğulayaraq, onun inqilabi, fövqəladə maarifləndirici dəyərindən danışdı, Kərbəla hadisəsini əbədi və üstün nümunə kimi qeyd etdi.

Ərdəbil ustanının Ümumi Mədəniyyət Şurasının Rəisi İmam Hüseyn (ə) əzadarlığının misilsiz savabından danışaraq buyurdu: “Hüseynə axan göz yaşı sevgi, pisliyə nifrət və beyət göz yaşıdır. Bu göz yaşı ilk mərhələdə Hüseynə (ə) sevginin izharı və ona beyətdir. Hüseynə (ə) ağlamaq onun Allaha beyət çağırışına ləbbeyk deməkdir.”

Cənab Amili sözünün davamında deyib: Bu göz yaşı ikinci mərhələdə Seyyidüş-Şühəda düşüncəsinə zidd olan hər şeydən uzaqlıq deməkdir. Bu baxımdan göz yaşı müqəddəs bir mövqedir və hər bir insanda belə bir mövqe olmalıdır. Aşura ziyarəti də bu qəbildəndir. Əzadarlıq və Aşura ziyarətinin mesajı budur ki, Ali-Əbu Süfyan, Ali-Yezid, Ali-Ziyadın şeytani təfəkkürlərinə meydan verilməsin.

Cənab Amili buyurub ki, Məhərrəm ayının istiqbal mərasiminə ehtiyaclı olduğumuz kimi Hüseynlə (ə) əhd-peyman məclisinə ehtiyacımız var. Necə ki, əhd duasında İmam Zamanla (ə) əhd-peyman bağlayırıq. Ərdəbilin imam-cüməsi sözünün davamında deyib ki, İmam Hüseynlə (ə) Məhərrəmdə ən böyük beyət iffətsizlik, xəyanət, ədalətsizlik, dini hökmlərə etinasızlıqdan uzaq olaq. Belə bir əhd-peyman sadəcə əzadarlıqdan yuxarı məqama malikdir. Cənab Amili xalqa müraciətlə deyib ki, bu göz yaşlarının qədirini bilin, onu günaha bulaşdırmayın. Peyğəmbər hədisində buyurulduğu kimi Hüseyn (ə) yardımsız göz yaşı istəməyib.

Hüseynə (ə) yardım deyəndə onun prinsiplərinə sədaqət nəzərdə tutulub. Hüseyn (ə) özünü cəmiyyətin yoxsullarına vəqf etmişdi. Rəvayətlərdə deyilir ki, Hüseyn (ə) Kərbəlaya gələndə bədənində köhnə yaralar vardı. Bu yaralar yoxsullara yük daşıdığı zaman yaranmışdı. Hüseynin (ə) təkcə bədəni yox, qəlbi də yaralı idi. Biz Hüseynə iqtida ilə onun yaralarına məlhəm qoymalıyıq.

Cənab Amili sözünün davamında deyib ki, Hüseynə (ə) ən böyük yardımlardan biri İslam inqilabına yardımdır. Bu gün Modernizm adı altında qaranlıq düşüncə dünya üzərinə kölgə salıb, insan kəramətləri alçaldılıb, insanlar əsarətə alınıb.

Hüseyn (ə) o dövrdə cəmiyyəti tənqid edərkən onun sərvətlərinin bir qrup əlində toplandığını deyirdi. Allah bəndələri əsarət altında idi. İslam inqilabı bu iki böyük cinayətlə mübarizə üçün meydana gəldi.

Cənab Amili BMT-nin ötən həftə yaydığı hesabatı yada saldı. Bu günə qədər Suriyada 200 minə yaxın insan daxili müharibələr nəticəsində həlak olub. Amerikalıların İraqa girib çıxması ilə bir milyon dörd yüz min İraqlı həlak olub. Bu gün dünyaya hakim olan güclər özünü cavabdeh hesab etmir. Biz Hüseynə (ə) iqtida etməklə meydandakı çirkin niyyətlərə qarşı çıxmağı özümüzə vəzifə bilirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button