ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsini gücləndirmək lazımdır – Nazir

Rusiya, Azərbaycan və İran üç dövlətin enerji sistemlərinin birləşdirilməsi istiqamətində işi gücləndirməlidir.
Qafqaz.ir-in məlumatına görə, bu barədə Rusiya energetika naziri Nikolay Şulqinov İranın energetika naziri Əli Əkbər Mehrabian ilə görüşü zamanı deyib.
“Layihənin həyata keçirilməsində nəzərə alınmalı olan prioritet məsələlərdən biri də Rusiya və İranın enerji sistemlərinin etibarlılığının və paralel işləməsinin sabitliyinin təmin edilməsidir”, – deyə nazir bildirib.
Bundan başqa, görüş zamanı tərəflər İranda Sirik İES layihəsinin hazırkı vəziyyətini, eləcə də elektrik şəbəkəsi iqtisadiyyatı sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər. Eyni zamanda, İran tərəfi Rusiya enerji avadanlıqlarından, o cümlədən qaz turbinlərindən istifadə etməklə, İranda istilik elektrik stansiyalarının tikintisi və bərpa olunan enerji istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
“Rusiya şirkətləri qaz turbin texnologiyalarının transferində və onların birgə istehsalının yaradılmasında iranlı tərəfdaşlarla əməkdaşlıqda maraqlıdırlar. Burada qarşılıqlı əlaqə üçün böyük potensial var”, – deyə N.Şulqinov qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button