ArxivXəbər lentiXəbərlər

Qafqaz təkfirçiləri İŞİD-ə qoşuldular

Şimali Qafqaz bölgəsində olan təkfirçi yaraqlılar terrorçu İŞİD qruplaşmasına qoşulublar.

PressTV-nin məlumatına görə, Çeçenistan, İnquşetiya və Kabardino-Balkan respublikalarındakı təkfirçi yaraqlılar internetdə yaydıqları bir bəyanatda İŞİD-ə sədaqət andı içiblər.

Bu məlumata görə, Çeçenistan, İnquşetiya və Kabardino-Balkandakı təkfirçi yaraqlılar bildiriblər ki, bundan sonra İŞİD-in lideri Əbubəkr əl-Bəğdadinin əmrlərinə itaət edəcəklər.

Rusiyadakı təkfirçi yaraqlılar həmçinin bildiriblər ki, bu məntəqədə olan bütün silahlı qruplar İŞİD-ə qoşulmaqla bağlı vahid fikirə malik olublar və bu sahədə hansısa ixtilaf və fikir ayrılığı mövcud deyil.

İŞİD terror qruplaşması da Qafqazdakı təkfirçilərin bu qruplaşmaya qoşulmalarını müsbət qarşılayıb və Şeyx Əbu Məhəmməd əl-Qadirini onlara başçı təyin edib.

Ötən həftə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin anti-terror mərkəzinin təsis edilməsinin 15-ci ildönümünə həsr edilmiş mərasimdə İŞİD qruplaşmasını qlobal terrorizm adlandırıb və deyib: İŞİD MDF ölkələrində xüsusilə də Mərkəzi Asiyada gərginlik və böhrana səbəb ola bilər.

Hal hazırda İŞİD terror qruplaşması sıralarında 2 min rus var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button