ArxivXəbər lentiXəbərlər

Rövşən Novruzoğlu: Livan Hizbullahı məzlumların partiyasıdır

Azərbaycanlı palitoloq Livan Hizbullahını haqq və ədalət partiyası adlandırıb və deyib: Bu partiya heç bir vəchlə terrorçu adlandırıla bilməz.

Rövşən Novruzoğlu İRİB-nin Bakı müxbirinə verdiyi müsahibədə deyib: Fars Körfəzi Əməkdaşlıq Şurası elə bir şəraitdə bu partiyanı terrorçu elan edir ki, dünya səviyyəsində Hizbullah nüfuzlu və nizamnaməyə malik bir partiya olaraq qəbul edilib.

R.Novruzoğlu əlavə edib: Mən belə düşünürəm ki, bu partiya terrorçu ola bilməz. Çünki, bu partiyanın çiyinləri və alnında ilahi müraciət var. Bu partiyanın üzvləri Quran-Kərim əsasında rəftar edirlər.

Politoloq həmçinin bu partiyanın zalımlara qarşı mübarizə aparmasına işarə edib və deyib: Bu partiya Livan torpağına göz tikənlər, hər gün məscidləri dağıdanlar, insanların başlarını kəsənlər və zalımlar qarşısında dayanıb və elə buna görədir ki, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr ondan qorxurlar.

Azərbaycanlı palitoloq sonda deyib: Bu partiya müsəlmanları birləşdirir və gözü yaşlı uşaqların kənarında yer alır. Bu partiya, haqq və ədalət partiyasıdır. Və onun tribunası da müqəddəsdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button