ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rus komandirin general Qasim Süleymani haqda maraqlı xatirəsi

Suriyada xüsusi anti-terror əməliyyatında iştirak edən rusiyalı yüksək rütbəli komandir Yevgeni Qonçarov suriyalı köçkünlərin düşərgəsini görmək üçün İordaniya sərhədinə getmək istəyir. O, bu əməliyyatda SEPAH-ın Qüds Qüvvələrinin komandanı şəhid sərdar Qasim Süleymani ilə tanış olur. Bu qısa görüşdə onun sevimliliyi, şücaəti, zəkası, iqtidar və etimadından heyrətə gəlir.

İran və Suriyanın qəhrəman sərdarı


Rusiyalı komandir öz müsahibəsində sərdar Süleymani ilə tanışlığı barədə belə deyir: “Mən 2015, 2017 və 2018-ci llərdə bir neçə dəfə Suriyaya səfər etdim və bu ölkədə anti-terror əməliyyatında xüsusi təyinatlı qüvvələrə komandan kimi bir neçə hərbi əməliyyat icra etdim.
Bir dəfə bizim qrupumuz İordaniya sərhədində yerləşən Suriya köçkünlərinə aid Əbudəxur adlı düşərgəyə getməli və orada məmuriyyət həyata keçirməli idi. Lakin düşərgənin yaxınlığında yerləşən amerikalı hərbçilər bizim ora daxil olmağımıza mane oldular. Amerikalı hərbçilərdən təqribən 200 metr aralıda bir neçə Jeep avtomobili dayanmışdı, avtomobillərin də yanında bir neçə nəfər oturmuşdu. Onlardan biri çox sakit oturmuşdu. O, bizə qəhvə təkif etdi və bizim tərcüməçidən nə lazım olduğunu soruşdu. Biz də Amerika yoxlama postundan keçə bilmədiyimizi dedik. Çox sakit oturmuş və sonradan SEPAH-ın Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani olduğunu bildiyimiz şəxs tərcüməçiyə işi həll edəcəyini bildirdi. Sonra da sözünə əməl etdi və bizi amerikalıların postundan elə keçirdi ki, amerikalı hərbçilərin xəbəri olmadı.”
Rusiyanın Suriyada anti-terror əməliyyatının komandiri əlavə edir: “Sərdar Süleymani çox şücaət və cəsarətlə amerikalı hərbçilərin yaxınlığından keçdi. Onun şəhamət və cəsarətli olması tamamilə məlum idi. O, İraq Hizbullahının bir neçə hərbi qüvvəsi ilə bizi amerikalı əsgərlərin yanından keçirdi. Beləliklə, vəzifəmizi yerinə yetirə bildik.”
Rusiyalı komandir xatirəsinin davamında deyir: “Bizim tərcüməçimiz Suriya Prezidenti Qvardiyasının üzvü idi. Mən ondan bu şəxsin kim olduğunu soruşdum. Dedi ki, o, iranlı və iki ulduzlu general Süleymanidir. Biz Qasim Süleymani ilə təqribən 20 dəqiqə söhbət etdik. Bu görüşün və onun xatirəsi həmişəlik olaraq mənim qəlbimdə qalmışdır.”
Yevgeni Qonçarov daha sonra deyir ki, həmin günlərdə şəhid Süleymaninin yoldaşları olan İraq Hizbullahı döyüşçüləri tərəfindən ona Qurani-məcid hədiyyə edilib. İlk səhifədəki əlyazma hədiyyənin tarixinin 2 mart 2015-ci olduğunu göstərir. Rusiyalı komandirin şəhid Süleymani ilə görüşdüyü tarix.
O vurğulayıb ki, general Süleymaninin yanında həmişə suriyalı xüsusi təyinatlı qüvvələrdən ibarət bir qrup olurdu və onlar məmuriyyət icra edirdilər. Bu qüvvələr Suriya xüsusi təyinatlı qüvvələrinə aid nişanı mənə hədiyyə etdilər.
Qonçarov sərdar Süleymaninin şəxsiyyəti barədə belə deyir: “Sərdar sakit və çox şücaətli idi. Çoxlu qələbələrinə baxmayaraq heç vaxt özünün yüksək uğurlarını heç kimə göstərməyə səy etmirdi. Amma onun yüksək rütbəli olduğu tamamilə aydın idi. Mən onunla dost olduğumu demirəm, lakin onunla görüşdüyüm 20 dəqiqə onu bütün ömrüm boyu unutmamağım üçün bəs idi. O, İran və Suriyanın qəhrəmanı idi.”

Şəhid Süleymani rus pilotu terrorçuların əlindən xilas etdi


Rusiyalı komandir müsahibəsinin davamında sərdar Süleymaninin öz komandanlığı altında olan qüvvələrlə birlikdə iqtidar və müvəffəqiyətlə həyata keçirdiyi bir əməliyyatdan söz açaraq deyib: “General Süleyamani terrorçuların kökünü kəsmək üçün Suriyada və İraqda çoxlu rəşadətlər göstərməkdən əlavə, biz ruslara da terrorçularla mübarizə üçün həssas vaxtlarda kömək etdi.
Suriya-Türkiyə sərhədində Rusiyaya aid Suxoy qırıcısı Türkiyə tərəfindən vuruldu və onun rusiyalı hərbçi olan pilotu öldü.
Rus helikopteri pilotu axtarmaq üçün havaya qalxdı. Lakin terrorçular onu vurdu. O vaxt sərdar Süleymani Rusiyaya kömək təklif etdi.
General Süleymani 18 nəfər Suriya xüsusi təyinatlı qüvvə və bir neçə İraq Hizbullahından olan qüvvələrlə bu əməliyyatı icra etdi. Təyyarənin pilotunun cəsədi tapıldı, pilot köməkçisini isə diri xilas etdi. O vaxt general Süleymani Rusiya üçün tanınmış sima idi.”

Amerikanın sərdar Süleymanini terror etməsi

Y. Qonçarov sərdar Süleymaninin terror edilməsindən də danışaraq deyib: “2020-ci ilin yanvarında general Süleymani amerikalı qüvvələr tərəfindən terror edildi. Bu çox nəmərdcəsinə idi. Çünki o, rəsmi məmuriyyəti yerinə yetirməkdə idi və kimlik sənədlərində də heç bir problem yox idi. Lakin amerikalı qüvvələr bu anti-terror qəhrəmanı İran və İraqda dəyərli olan yoldaşları ilə birlikdə terror etdilər. Çox rəzil bir hərəkət idi və biz bunu heç vaxt bağışlamayacağıq.”
Anti-terror əməliyyatının komandiri vurğulayır: “General Süleymani əsl komandir idi. Rusiyanın hava qüvvələri vasitəsilə azad edilən Suriya şəhərlərində bu böyük generalı və onun komandanlığı altında olan anti-terror qüvvələrin mühüm rolu olmuşdur. Bu rəşadətlər heç vaxt unudulmayacaq.
Böyük iranlı generalın Amerikanın qəzəbinə tuş gəlməsinin səbəbi onun Suriya və İraqda böyük qüvvələri birləşdirə bilməsi oldu. O, elə də diqqəti çəkməyən maliyyə köməkləri almadan və yerli mənbələrdən istifadə etməklə böyük qüvvə yaratdı və terrorçuların belini qırdı. Vaşinqton bunu həzm edə bilmirdi.”
Y. Qonçarov rus əsgərlərinin general Qasim Süleymaniyə sevgi əlaməti olaraq onun bir neçə dəfə rəsmini çəkdiklərini və o rəsmlərdən bəzilərinin İran səfirliyinə hədiyyə edildiyini, Moskvada keçirilən sərgilərdə nümayiş etdirildiyini, habelə Suriyanın 5 şəhərində keçiriləcək sərgilərdə nümayiş etdiriləcəyini də bildirib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button