ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müəzzəm Rəhbər Kermanda baş verən terror aktı ilə İran xalqına müraciət etdi

Həzrət Ayətullahül-üzma Xamenei Kirmanın Şəhidlər xiyabanında Şəhid Süleymanini ziyarət edənlərə qarşı baş verən terror hadisəsində şəhid edilənlərlə bağlı xalqa müraciət edib.

İslam İnqilabı Rəhbərinin müraciətinin mətni belədir:

Bağışlayan və Mehriban Allahın adı ilə

İran xalqının mənfur və cinayətkar düşmənləri bir daha faciə törətdilər. Kermanda və ətirli şəhid məzarlarının kənarında xeyli sayda əziz insanları şəhid etdilər.

İran xalqı matəmə büründü, bir çox ailələr öz ürək paraları, əzizlərinin yasına oturdular. Daşürəkli cinayətkarlar xalqın böyük sərkərdəsi Hacı Qasim Süleymaninin məzarının ziyarət eşqinə və ona göstərdiyi sevgiyə dözə bilmədilər.

Onlar bilsinlər ki, Süleymaninin parlaq yolunun əsgərləri onların rəzalət və cinayətlərinə dözməyəcəklər.

İstər günahsız insanların qanına bulaşmış əllər, istər onları bu azğınlığa sürükləyən şər və fasad törədən beyinlərə sahib olanlar elə indidən qəti şəkildə məhkum ediləcək və ədalətlə cəzalandırılacaqlar.

Allahın izni ilə bu tördilən faciənin ardınca sərt cavab veriləcəkdir.

Mən yasa bürünmüş müsibət görən ailələrin dərdinə şərik çıxır, onlara başsağlığı verir, Uca Allahdan səbr və təsəlli diləyirəm.

 Şəhidlərin pak ruhu, inşallah, iki dünya xanımı və şəhidlər anası Həzrəti Siddiqə Tahirənin qonağıdır. Hadisədən zərər çəkənlərlə həmrəyliyimi bildirir, İlahi dərgahdan onlara şəfaət diləyirəm.

Seyid Əli Xamenei

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button