Aktual

Bir birini ifşa edirlər!!

“ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, özümüzə 74-75 faiz götürək. Guya, belə səs faizləri qarşılığında ABŞ Dövlət Departamentinin mövqeyi balanslaşdırılmış olacaq”. Musavat.com-un məlumatına görə, bunu bir qrup jurnalistə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. Onun sözlərinə görə, nəticələr fərqli olanda ABŞ-ın qiyməti mənfi olmalıydı.

“Nəticə bəllidir. Göründüyü kimi, bu, dost məsləhəti deyil, ciddi xəbərdarlıqdır. Belə çıxır ki, biz şəffav və ədalətli yox, saxta seçki keçirməliydik”, – Ramiz Mehdiyev deyib.

digər tərəfdə ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan Respublikası Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin ABŞ-ın seçki tələbi ilə bağlı verdiyi sensasion açıqlamanı təkzib etdi!
Oktyabrın 14-də Ramiz Mehdiyev Azərbaycanda fəaliyyət göstərən bir sıra agentliklər ilə xüsusi müsahibəsində emişdir : “ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, özümüzə 74-75 faiz götürək. Guya, belə səs faizləri qarşılığında ABŞ Dövlət Departamentinin mövqeyi balanslaşdırılmış olacaq.”
ABŞ Səfirliyinin mətbuat xidməti R.Mehdiyevin 25 faizlə bağı fikirlərini təkzib edir, bunun doğru olmadığını bildirir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti
Sözçüsü Mari Harfın 9 oktiyabr seçkisi ilə bağlı bəyanat yayaraq bildirmişdir : “Təəssüf ki, biz bu seçkinin beynəlxalq standartlara cavab verməməsi qənaətinə gəlmişik.”
Bunu ardınca ABŞ Prezidenti Barak Obama da Preziden İlham Əliyevi təbrik etməkdən çəkinib ki, bu rəsmi Bakını bərk narahatlığına səbəb olub. Rəsmi Bakını buna reaksiyası misli görünməmiş həddə kəskin olub. İki il bundan əvvəl də Barak Obamanın Prezident İlham Əliyevi Vaşıngtonda təhlükəsizlik iclasına dəvət etməməsi və eyni halda Ermənistan Prezidentini oraya dəvət etməsi rəsmi Bakını sərt ləfzi etirazlarına səbəb olmuşdur.
Həmən zaman Prezident Aparatının şöbə müdiri Əli Həsənov demişdir ki, biz bir çox hallarda ABŞ-ın milli maraqlarını öz maraqlarımıza üstün tutmuşuq, amma ABŞ DQ məsələsində Azərbaycanın maraqlarını nəzərdə tutmayıb!

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button