ArxivIslamXəbər lentiXəbərlər

Ramazanın gətirdiyi vəhdət bitməsin! Siyasi məhbus Sahil Rzalı zindandan yazır

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının üzvü Sahil Rzalı zindandan məktub yazaraq Azərbaycan xalqını və müsəlman dünyasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Vetenugrunda.az-a göndərilən məktubda deyilir: “Dəyərli xalqım, əziz müsəlman bacı və qardaşlarım, sizi müqəddəs Ramazan Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm!

Ramazan ayı Allahın ən gözəl ayıdır. Bu ay müsəlmana və insana vacib olan gözəl əməllərlə dəyərlidir. Bu əməllərdən biri də vəhdətdir. Eyni vaxtda sübh azanına qalxmaq, eyni vaxtda Allaha şükranlıq edib, süfrəyə əl uzatmaq bizi bir ay Allahın ilahi vəhdəti ilə sevindirir. Nə gözəl günlərdir. Kaş ki, Ramazanın bu vəhdəti bitməsin. Kaş ki, bir müsəlmanın aclıq hissini, sussuzluq hissini onun digər müsəlman bacı və qardaşı hər zaman uzaqda da olsa duysun.

Ramazan vəhdəti, ümumilikdə vəhdətimiz bizi xilas edəcək. Biz bir-birimizə və dinimizə, vətənimizə, hans ki, bunları Allah bizə əmanət edib, biz yalnız Allahın əmanətlərinə sadiq qalanda, canımızdan çox sevəndə və bu dəyərli əmanətlər uğrunda Şəhadət zirvəsinə ucalan Yola ürəklə ayaq basanda zülülmdən və zalımdan xilas olacağıq.

Ramazanın son cüməsi müqəddəs Qüds Günü idi və biz bilirik ki, bu günü bütün dünyada milyonlarla insan birlikdə qeyd edir. Çox sevindirci haldır ki, son illər ölkəmizdə Qüds Günü daha geniş çevrədə, daha fərqli üsullarla keçrilir. Əslində Qüds Gününün Ramazan ayında keçirilməsi bizi bir daha birliyə və islamın vacibiyyətlərinə əməl etməyə çağırır.

Kaş ki, Ramazan bitsə də bu ayın vəhdəti daimi olsun! Fürsətdən istifadə edib, hamınızı təbrik edirəm! Dualarınızda zindandakı günahsız məhbusları unutmayın. İnsanların birbirinə dua etməsi əslində vədətin ən gözəl parçasıdır. Ramazan bayramınız-Vəhdətiniz mübarək əzizlərim!”

YADDAŞ

2015-ci ilin noyabrında – Nardaran olaylarından əvvəl, “Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlayıb. Noyabrın 5-də onun saxlanma səbəbini öyrənmək istəyən bir qrup dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. Müsəlman Birliyi Hərəkatının üzvi olan Sahil Rzayev bu dindarların arasında olub.

O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunub.

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. O, 15 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.

Mayın 8-i Bakı Apelyasiya Məhkəməsi S.Rzayev və digərlərinin şikayətini rədd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button