Aktual

Ramazanın 21-i İmam Əlinin (ə) şəhid olan günüdür

Bu gün Ramazanın 21-i həm də Həzrəti Əlinin (ə) şəhid olan günüdür. İmam Əli 63 yaşında namaz üstündə olarkən arxadan qılınc zərbəsinə məruz qalıb.

Hicrətin 40-ci ilində (m. 661) Ramazan ayının 19-da dövrünün xəlifəsi və İmamı Həzrət Əli xəvaric firqəsinin üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində sübh namazı vaxtı zəhərli qılınc zərbəsiylə başından yaralanıb.

Bu gün qədr gecəsi ehtimal olunan üç gecədən ikincisi olmaqla bərabər, eyni zamanda məsum İmamın şəhid olan günü kimi də tarixə düşüb.

Bununla əlaqədar, Azərbaycanın müsəlman əhalisi də məscidlərdə qədr gecəsinin ibadətlərini yerinə yetirməklə yanaşı, İmamları üçün əzadarlıq məclisləri keçiriblər. Əza məclislərində İmam Əlinin saysız hesabsız fəzilətlərindən və islam dini yolunda göstərdikləri xidmətlərdən danışılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button