AktualAktualArxivIslamXəbər lentiXəbərlərXütbələr

Ayətullah Amili: Bəziləri İran-Azərbaycan münasibətlərini korlamaq üçün sionist rejimdən tapşırıq alıblar

Ayətullah Seyid Həsən Amili: “İqtisadi əlaqələr İran-Azərbaycan arasında münasibətlərin genişlənməsini göstərir. Biz də həmişə bu münasibətləri istəmişik. Xüsusilə də gələn on gün ərzində Azərbaycan Respublikası prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin artdığından xəbər verir. Bu, daha yaxşı gələcək üçün bir müjdədir”.

Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbilin cümə namazına rəhbərlik edən Ayətullah Amili xütbələrində Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətinin Ərdəbil əyalətinə səfərinə toxunaraq deyib: “Bizə təcrübə yolu ilə artıq sübuta yetmişdir ki, hər vaxt İran və Azərbaycan arasında münasibətlər artarsa, o tərəfdən bu əlaqələri korlayacaq bir hay-küy qoparırlar. Əgər biz araşdırsaq görərik ki, bu məsələ həmişə belə olmuşdur”.

İmam cümə daha sonra deyib: “Ötən həftə Azərbaycan dövlətinin mühüm adamlarından biri; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri əsassız sözlərlə və tarixi təhrif etməklə bizim ölkəmizə və İranın ərazi bütövlüyünə qarşı hörmətsizlik etdi. Mənim üçün çox təəccüblüdür ki, Azərbaycan prezidentinin İrana səfəri ərəfəsində belə əsassız iddialarla çıxış edirlər”.

Xətib nitqinin davamında deyib: “Bu həftə Azərbaycanın səfiri mənim qonağım idi. O, çox hörmətli bir şəxsiyyətdir. Mən ona dedim ki, heç vaxt bizim ölkəmiz tərəfindən kiməsə qarşı bir söz deyilməyib, həmişə qarşı tərəf əvvəl addımı atıb. Biz iki mövzuya çox həssasıq: biri İran, onun tarixi və xalqına qarşı hörmətsizliyə, digəri isə bizim müqəddəs dinimizə qarşı orada hörmətsizlik olunmasına. Azərbaycan səfiri dedi ki, bunlar çox nadir sayda və mikraskopla görünən saytların işidir. Mən isə cavab verib dedim: diqqət edin; hörmətsizlik edənlər ya deputatlardır, ya da nazir səviyyəsində olan rəsmilər. Mən, səfirə və Azərbaycan Respublikası prezidentinin İrana səfər edəcəyinə hörmət əlaməti olaraq onun cavabını vermirəm. İnanıram ki, belə adamlar İsraildən tapşırıq alıblar ki, hər vaxt İran-Azərbaycan münasibətləri yaxşılaşsa və genişlənsə, onlar nalayiq açıqlamaları ilə iki müsəlman və qonşu ölkənin arasını vursunlar, düşmənlik yaratsınlar”.

İmam cümə əlavə edib: “Mən, həmin hörmətsizlik edən şəxsə deyirəm ki, sən hətta öz prezidentinin hörmətini də saxlamadın. İndi Azərbaycanın prezidenti müzakirə üçün hansı üzlə İrana səfər edəcək?”

Seyid Həsən Amili vurğulayıb: “Biz hörmət saxlayıb heç bir söz demirik. Yoxsa biz hörmətsizlik qarşısında susan adamlar deyilik. Ancaq Nizami Gəncəvi onun cavabını çox yaxşı vermişdir:

“Bütün aləm bədəndir, İran isə ürək

Bunu deyən belə müqayisədən utanmaz”

İnşallah, gələcəkdə belə hərəkətlər təkrar olmasın”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button