ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rəsmi Moskva sülhməramlılara təlabatın olduğunu deyir

Qaluzin missiyanın gələcəkdə də bölgədə qalmasını zəruri sayıb

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Qarabağda müvəqqəti yerləşən sülhməramlı kontingentinə təlabatın olduğunu deyir.
Nazir müavini bu təlabatın gələcəkdə də zəruri olacağını vurğulayıb.
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə əlaqələrə nəzarət edən Mixail Qaluzin bunu oktyabrın 9-da RBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bölgədə qalan Qarabağ sakinlərini sakitləşdirmək məsələsi qalır:
Bu gün Qarabağı tərk edənlərin bəzilərinin hansısa mərhələdə geri qayıtmağa qərar verəcəyini istisna etmək olmaz. Sülhməramlıların olması isə bu insanlar üçün əlavə sakitlik amili olacaq. İkincisi, Bakı ilə Stepanakert (Xankəndi) arasında təmaslar sülhməramlıların vasitəçiliyi ilə həyata keçirilir. Qarabağın gələcək inkişafı ilə bağlı çox mürəkkəb məsələlər də Rusiya sülhməramlılarının köməyi ilə Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycanın hakimiyyət orqanları arasında həll olunur”.
M.Qaluzinin sözlərinə görə, sülhməramlıların sonrakı mövcudluğunun hansı üsullarla həyata keçirilə biləcəyi məsələsi müəyyən edilmiş kanallar vasitəsilə Moskva və Bakı arasında müzakirəyə çıxarılacaq və həll olunacaq.
Ermənistan və Azərbaycan rəsmilərinin görüşünə gəlincə, Qaluzin bildirib ki, oktyabrın 12-də Bişkekdə MDB sammitinin tədbirləri çərçivəsində xarici işlər nazirləri səviyyəsində belə müzakirələrin aparılması imkanını nəzərdən keçirirlər:
Mixail Qaluzin. Foto: mid.ru
“Azərbaycan artıq prinsipial razılığını verib. Biz gözləyirik ki, Ermənistan tərəfi də bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştiraka razı olacaq”.
M.Qaluzin “Politico” nəşrinin yazısına da münasibət bildirib.
Sayt yazırdı ki, 19-20 sentyabr hərbi əməliyyatı ərəfəsində İstanbulda Avropa İttifaqı, ABŞ və Rusiya nümayəndələri arasında görüş keçirilib.
Qaluzin deyir ki, gələcəkdə Avropa İttifaqı, ABŞ və Rusiya bu mövzuda birgə çalışa bilər:
Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-ci ildə və növbəti iki ildə sülh yolu ilə nizamlanması üçün işlənib hazırlanmış üsullar var. Əgər Avropa İttifaqı və ABŞ onların həyata keçirilməsinə kömək etmək istəsə, təbii ki, biz buna qarşı çıxmayacağıq. Amma söhbət Rusiyasız hərəkət etməkdən gedirsə, belə bir yanaşmanın bizə yaraşmayacağı aydındır”.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi və bu il sentyabrın 19-20-də bölgədə hərbi əməliyyat keçirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button