ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanın Qəzzə olayları ilə bağlı dəqiq mövqeyi bilindi

Muxtar Məmmədov: İsrailin də təhlükəsizlik şəraitində yaşamaq hüququ var

Bununla əlaqədar Azərbaycan Respublikasının terror dövləti sayılan İsraildəki səfiri Muxtar Məmmədov X hesabında məzlum Fələstin xalqının ağır bombardmanar altında qalmasını qulaqardına vuraraq, işğalçı İsrail rejimi ilə həmrəy olduğunu bildirib.

Səfir öz paylaşımında yazır: “Ailəm və mən minlərlə İsrail vətəndaşı kimi saatlarla sığınacaqda qalmalıyıq. Mən fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm. Terrorçular tərəfindən qaçırılaraq vəhşicəsinə, pis rəftar edilən qadın və uşaqlar da daxil olmaqla, çoxsaylı mülki şəxslərin oğurlanması məni dəhşətə gətirir. Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”.

Azərbaycan səfirinin bu paylaşımı sosial mediada qınaq obyektinə çevrilib. Qeyd olunur ki, diplomat zorakılıqların mənşəyinə və irqçi rejimin onillərdir davam edən cinayətlərinə, milyonlarla fələstinlini didərgin salaraq torpaqlarını işğal etməsinə və qəsb etdiyi bu torpaqlar hesabına özünə qondarma dövlət qurmasına, eləcə də dinc fələstinlilərə qarşı soyqırımı tətbiq etməsinə işarə etmir.

Xatırladaq ki, Türkiyədə fələstinlilərə dəstək aksiyalarının keçirildiyi bir vaxtda, Azərbaycan Respublikasında oxşar aksiyaların təşkil olunmasına icazə verilmir və iqtidar mediaları cəmiyyətə belə bir məfhumu aşılayırlar ki, Azərbaycan xalqı terrorçu İsrail rejiminə münasibətdə guya “vəfa borcu”nu yerinə yetirməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button