ArxivXəbərlər

Əhl-beyt (ə)-ın həyatına aid kitabları da Azərbaycanda qadağan edilib

Azərbaycan Respublikası hüquq-mühafizə orqanları bir daha müsəlman Azərbaycan Respublikası xalqının inancına qarşı bir hərəkətdə yenidən şiəlik və Əhl-beyt (ə)-ın həyatına aid kitabları da təhlükəli və qadağan olunmuş kitablar siyahısına salıblar.
Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumatda qeyd olunub ki, son illər respublikada təhlükəli dini cərəyanlara qarşı əməliyyatlarda müsadirə olunan kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan elan olunmuş kitablardır.
Məsum imamların həyatına aid “İmam əsgərin həyatı”, “İmam Musa Kaziminin həyatı” və “İmam Rezanın həyatı ” Azərbaycan Respublikasında qadağa olunmuş kitablar sirasındadır.
“Bir yəhudi fitnəsinin nəticələri” , “Pişavərin gecələri” (vəhhabiliyin ifşasında yazılan kitab), “Vəhhabiliyin ayinlər” (müəllif: Cəfər Sübhani), “Vəhhabiyyət iki yol arasında” (müəllif: Şeyx Nasir Məkarin Şirazi) , “Vəhhabi Firqəsi” (müəllif: Seyid Məhəmməd Həsən Qəzvini) , “Peyğəmbərin haqq canişini kimdir?” (müəllif: Əhməd Əssədnajat) , “Zühur əsri” (müəllif: Əli Kuranu) , “Şiə və əsassız ittihamlar” (müəllif: Seyid Sadiq Şirazi) isə digər məarifləndirici kitablardandır ki, Azərbaycan Respublikasında qadağa olunmuş kitablardır.
Qeyd etmək lazımdir ki, son həftələrdə Azərbaycan Respublikası hüquq-mühafizə orqanları nurçuluq və vəhhabilik firqələri ilə mübarizə kölgəsində müsəlman Azərbaycan Respublikası xalqının inancına qarşı atılan addımlarını da əsaslandırmaq niyyətindədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button