ArxivXəbər lentiXəbərlər

İran Azərbaycan Respublikası elmi araşdırma mərkəzləri ilə əməkdaşlığa hazırdır

İranın Universitet Cihadı Təşkilatının sədri rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikası şirkətləri və elmi araşdırma mərkəzləri ilə qarşılıqlı əməkdaşlıqlara hazır olduğunu bildirib.

İSNA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev 25-ci kapian neft və qaz sərgisində İranın Universitet Cihadı Təşkilatının pavilionuna baxış keçirərək bu qurumun son texniloji nailiyyətləri ilə yaxından tanış olub.

Qurumun rəhbəri Həmidrza Təyyibi təşkilatın tibb, səhiyyə, neft-qaz texnologiyaları sahələrindəki qabiliyyətlərini şərh edərək bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycan Respublikasını texnoloji əməkdaşlıqlar üzrə dost və qonşu ölkə seçibdir.

Təyyibi İranın Universitet Cihadı Təşkilatının qısırlığın müalicəsi eləcə də hüceyrə vasitəsi ilə müalicə sahələrindəki potensiallarını şərh edərək deyib: İranın bu qurumu fəaliyyət göstərdiyi bu sahələrdə Azərbaycana xidmətlər təqdim etməyə hazırdır.

Baxış zamanı Azərbaycan Respublikası prezidenti İranın Universitet Cihadı Təşkilatının Bakı sərgisindəki iştirakını yüksək qiymətləndirib və ölkəsinin İranla əməkdaşlıqları genişləndirməyə hazır olduğunu deyib, buna Azərbaycan şirkətlərinin töhfə verə biləcəklərini xatırladıb.

Azərbaycan prezidenti həmçinin ölkəsinin səhiyyə və müalicə texnologiyalarından istifadəyə hazır olduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button